Avropa Oyunları: Azərbaycanın badmintonçularının pley-offda rəqibləri müəyyənləşib - YENİLƏNİB-4

Avropa Oyunları: Azərbaycanın badmintonçularının pley-offda rəqibləri müəyyənləşib - YENİLƏNİB-4

Polşada təşkil olunan III Avropa Oyunlarında Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın pley-offda rəqibləri müəyyənləşib.

“QELEBE.AZ” xəbər verir ki, qrup mərhələsini mütləq nəticə (3 qələbə) ilə başa vuran Edi Reski Dviçayo kişi badmintonçuların şəxsi yarışında 1/8 finalda Finlandiya təmsilçisi Kalle Koljonenlə qarşılaşacaq.

Qadın badmintonçuların şəxsi yarışında ardıcıl 3 qələbə qazanaraq pley-offa qrup lideri kimi yüksələn Keişa Fatimə Zəhra isə 1/8 finalda isveçrəli Jenjira Stadelmanla üz-üzə gələcək.

1/8 final mərhələsinin görüşləri iyunun 29-da oynanılacaq.

28.06.2023. 21:24

Azərbaycanın kişi badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Polşada təşkil olunan III Avropa Oyunlarında cütlərin kateqoriyasında qrupdakı son görüşünü keçiriblər.

“QELEBE.AZ”un məlumatına görə, tandem B qrupunda Coşua Maqi - Pol Reynolds (İrlandiya) cütü ilə qarşılaşıb.

İlk iki oyununda Böyük Britaniya və İtaliyaya məğlub olan yığma bu dəfə 2:1 (19:21, 21:14, 21:16) hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın qadın badminton yığması qrupdakı hər üç görüşdə məğlub olaraq, mübarizəni dayandırıb. Kişi badmintonçu Edi Reski Dviçayo və onun qadın həmkarı Keyşa Fatimə Zəhra isə fərdi kateqoriyada 1/8 final mərhələsinə yüksəliblər.

21:03

Azərbaycanın qadın badmintonçuları Era Məftuha və Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında cütlərin kateqoriyasında çıxışlarını başa vurublar.

“QELEBE.AZ”un məlumatına görə, tandem D qrupunda 3-cü - sonuncu görüşünü keçirib.

İlk iki oyununda İspaniya və Niderlanddan olan rəqiblərinə 0:2 hesabı ilə məğlub olan cütlük bu dəfə Serena Au Yunq - Katarina Hoçmeyr (Avstriya) tandeminə qalib gəlib. Azərbaycan yığması 2:1 (16:21, 21:19, 21:17) hesabı ilə qələbə qazansa da, 1/4 finala yüksələ bilməyib.

Qeyd edək ki, kişi badmintonçu Edi Reski Dviçayo və onun qadın həmkarı Keyşa Fatimə Zəhra fərdi kateqoriyada 1/8 final mərhələsinə yüksəliblər.

17:29

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında qrup mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb.

“QELEBE.AZ”un məlumatına görə, idmançı fərdi kateqoriyada qrupdakı son görüşündə ukraynalı Danilo Bosnyukdan güclü olub.

İlk iki görüşündə rəqibini 2:1 hesabı ilə üstələyən 25 yaşlı idmançı bu dəfə 2:0 (21:14, 21:19) hesablı qələbəyə sevinib.

Edi Reski Dviçayo 1/8 final mərhələsinə yüksəlib. O, bu raunddakı görüşünü iyunun 29-da keçirəcək.

Qeyd edək kİ, qadın badmintonçu Keyşa Fatimə Zəhra da yer aldığı qrupda hər üç görüşünü qələbə ilə başa vuraraq, 1/8 finala adlayıb.

15:56

Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında qrup mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb.

“QELEBE.AZ”un məlumatına görə, idmançı fərdi kateqoriyada qrupdakı son görüşündə almaniyalı Li İvonnanı üstələyib.

Rəqib ilk hissəni öndə tamamlasa da, əzmkarlıq göstərən Keyşa Fatimə Zəhra 2:1 hesablı (17:21, 21:18, 21:17) qələbə qazanıb.

Daha əvvəl qrupdakı ilk iki duelində də qalibiyyət sevinci yaşayan Azərbaycan badmintonçusu 1/8 final mərhələsinə yüksəlib. Növbəti raundun görüşü iyunun 29-da keçiriləcək.

Fərdi
Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Fərdi
Güc idman növləri üzrə Azərbaycan Kubokuna start verilib

Güc idman növləri üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Fərdi
Azərbaycan şahmatçılarından biri ermənini udub, digəri lideri büdrədib

Azərbaycan şahmatçılarından biri ermənini udub, digəri lideri büdrədib

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Fərdi
Yaponiya Qran-prisində qalib gələn Ferstappen 2-ci dəfə dünya çempionu olub

Yaponiya Qran-prisində qalib gələn Ferstappen 2-ci dəfə dünya çempionu olub

Fərdi
Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Fərdi
Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq