Avropa Oyunları: İlk təsnifatda Ruslan Lunyov 6-cı, Aydan Camalova 18-ci, Ülviyyə Eyvazova 26-cı yeri tutub - YENİLƏNİB
Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova Polşada keçirilən III Avropa Oyunlarında trap yarışlarına start veriblər.
“QELEBE.AZ”un məlumatına görə, idmançılar təsnifat mərhələsinin 1-ci günündə çıxış ediblər.
30 idmançı arasında Aydan Camalova 75 hədəfdən 68-ni dəqiq nişan almaqla 18-ci, Ülviyyə Eyvazova isə 64 dəqiq atəşlə 26-cı yeri tutub.
Qadın atıcılar iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə mübarizə aparacaqlar.
Qeyd edək ki, kişi atıçı Ruslan Lunyov 25 metr məsafəyə tapança ilə sürətli atəş açmanın ilk təsnifatında 6-cı yeri tutub.
Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə sürətli atəş açmada qüvvəsini sınayıb.
“QELEBE.AZ”un məlumatına görə, ikiqat Avropa çempionu təsnifat mərhələsinin birinci günündə 6-cı yeri tutub.
Snayper 300 mümkün xaldan 292-ni toplayıb.
Qeyd edək ki, Ruslan Lunyov iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə çıxış edəcək.

https://qalaba.az//uploads/photo/avropa-oyunlari-ilk-tesnifatda-ruslan-lunyov-6-ci-aydan-camalova-18-ci-ulviyye-eyvazova-26-ci-yeri-tutub-yenilenib.webp











