Şəkidəki ilk idman festivalından reportaj

Şəkidəki ilk idman festivalından reportaj

Şəkidə "İdman festivalı 2022" davam edir.

"QELEBE.AZ"un Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, şəhərin müxtəlif yerlərində tədbirlə bağlı məlumatlar yerləşdirilib.

Yerli əhali və məktəblilər festivala xüsusi maraq göstəriblər. Bugünkü tədbirə gənclər və idman naziri Fərid Qayıbov da qatılıb.

İlk olaraq açılış mərasimi gerçəkləşib. Ardınca yeniyetmə idmançılar şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar ediblər. Bəzi idman növlərində izləyicilər də onlara qatılıblar.

İdmançılar və məşqçilər tədbirin onlar üçün əhəmiyyətli olduğunu bildiriblər.

Yunan-Roma güləşçilərindən Əli Nəzərov "QELEBE.AZ"a açıqlamasında festivalın çox maraqlı keçdiyini söyləyib: "Təşkilatçılıq yüksək səviyyədədir. Şəhər gəzintisinə çıxaraq Şəki ilə tanış olmuşuq. Burada yeni dostlar qazanmışıq. Bu cür festivalların davamlı olmasını istəyirik".

Cüdoçu Nihad Quliyev yeniyetmə idmançıların bu cür tədbirlərə ehtiyacının olduğunu bildirib: "İdmançılar adından təşkilatçılara təşəkkürümü bildirirəm. Bu festival hər il baş tutsa, daha yaxşı olar".

Bədii gimnastika üzrə yığmanın məşqçisi Nəzrin Cəfərzadə festivalın idmançılarla yanaşı, mütəxəssislər üçün də maraqlı alındığını söyləyib: "Belə olacağını əvvəlcədən gözləmirdim. Hamı çox gözəl əylənir. Maraqlı və əyləncəli tədbirdir. Bunun davamlı olmasını və digər regionları da əhatə etməsini çox istəyirik".

Bədii gimnast Nəzrin Salmanlı 9 il bu idman növü ilə məşğul olduğunu deyib: "Bu şəraiti yaratdıqları üçün nazirliyə təşəkkür edirəm və onlara çox sağ ol deyirəm. Tədbir çox xoşuma gəlir, idmançılar üçün də faydalıdır. Yaxşı da hazırlaşmışıq. Burada bədii gimnastika hərəkətlərini icra edirik ki, hər kəs bəyənsin və övladlarını bizim idman növünə yönləndirsinlər.

Festivalda kamandan oxatma növü üzrə ilə məşqçi kimi fəaliyyət göstərən Nəzrin Zamanova 10 ilə yaxındır bu idman növü ilə məşğul olduğunu vurğulayıb: "Festivalla bağlı təəssüratlarımız çox xoşdur. Maraqlı tədbirə şahidlik edirik. Şəkidəki ilk festivala qatıldığım üçün şadam. Gənclər və İdman Nazirliyinə, həmçinin Şəki Şəhər Olimpiya İdman Kompleksinin rəhbərliyinə təşkilatçılıq üçün minnətdaram".

Qeyd edək ki, noyabrın 14-də Şəki Olimpiya İdman Kompleksində start götürən festivalda 23 idman növü üzrə 149 idmançı, 35 məşqçi iştirak edir. Noyabrın 14, 15 və 16-da idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər, həmçinin ustad dərsləri təşkil olunub. İlk dəfə Şəkidə təşkil olunan tədbir noyabrın 19-da başa çatacaq.

Fərdi
Azərbaycan şahmatçıları Mahaçqalada Əziz Əliyevin xatirəsinə həsr edilmiş turnirə qatılıblar

Azərbaycan şahmatçıları Mahaçqalada Əziz Əliyevin xatirəsinə həsr edilmiş turnirə qatılıblar

Fərdi
Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Fərdi
Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Fərdi
Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Fərdi
Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Fərdi
Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Fərdi
Lənkəranda stolüstü tennis yarışı keçirilib

Lənkəranda stolüstü tennis yarışı keçirilib

Fərdi
Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb