Mahir Emreli: "Dinamo"da qalmaq və burada iz qoymaq istəyirəm"

Mahir Emreli: "Dinamo"da qalmaq və burada iz qoymaq istəyirəm"

"Özümə inanıram, burada qalmaq və iz qoymaq istəyirəm".

"QELEBE.AZ" xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Sportske" nəşrinə müsahibəsində deyib.

26 yaşlı hücumçunun sözlərinə görə, Zaqreb təmsilçisinin bir hissəsi olmaq imtiyazdır: "Komandaya layiq olduğumu sübut etməliyəm. Bunu ilk növbədə kluba və azarkeşlərə borcluyam. Bura niyə gəldiyimi göstərməyə çalışacağam. Yeni baş məşqçi İqor Bişçanla danışmaq imkanım olmayıb. Amma onun əfsanəvi futbolçu olduğunu bilirəm. Məşqlərimiz də əla keçir".

Forvard ötən mövsüm icarə əsasında Türkiyənin "Konyaspor" klubunda çıxış etdiyini xatırladıb: "Mənim üçün ən çətin mövsümlərdən biri idi. Bunu statistikadan da görmək olar. Təəssüf ki, "Dinamo"da az forma şansı əldə etdim və Türkiyəyə getmək variantı yarandı. Bunun düzgün qərar olduğunu düşünürəm. Amma orada da çətin dövr keçirdim. Çünki hazırlığı başa vurmuş, ən yaxşı formada olmayan və çoxlu məğlubiyyətlər alan komandaya keçmişdim. Uyğunlaşmağa da vaxtım yox idi. Hazırda buradayam və ümid edirəm ki, "Dinamo"da məni yaxşı günlər gözləyir".

Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Futbol
Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

Futbol
FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib

FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib

Futbol
PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

Futbol
Azərbaycan millisinin qapıçısı zədələnib

Azərbaycan millisinin qapıçısı zədələnib

Futbol
"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

Futbol
"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

Futbol
"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

Futbol
Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
“Qəbələ” Çexiya klubuna uduzub

“Qəbələ” Çexiya klubuna uduzub

Futbol
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib