Emin Mahmudov: “Neftçi”yə sadiqəm”

Emin Mahmudov: “Neftçi”yə sadiqəm”

“Neftçi”yə sadiqəm. Bir dəfə “ağ-qaralı” olan həmişə “ağ-qaralı” qalır. Qismət olsa, karyeramı elə doğma komandamda bitirməyi düşünürəm”.

Bunu “QELEBE.AZ”a eksklüziv açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

Futbolçu bildirib ki, heç vaxt bir az daha çox qazanmaq üçün komandadan ayrılmaq haqqında düşünməyib: “Sadəcə, özümü daha reytinqli və güclü çempionatda, fərqli atmosferdə sınamaq istəyirdim. Ona görə də yeni çağırışları dəyərləndirmək fikrinə düşdüm. Sözün düzü, həm Rusiya, həm Türkiyə, həm də bir sıra digər ölkələrdən təkliflər aldım. Amma gəlin, açıq danışaq ki, oynayacağın çempionatdan əlavə, həm də çıxış edəcəyin komanda da önəmlidir. Bu baxımdan təklifləri nəzərdən keçirdim, götür-qoy etdim və son olaraq qərar verdim ki, gələn təkliflərin heç biri 6 ildir formasını geyindiyim “Neftçi”dən ayrılmağa dəyməz. Çünki bu klubda özümü həqiqətən xoşbəxt hiss edirəm. Azarkeşlər, klub rəhbərliyi, komanda yoldaşlarım və digərləri, hər kəs məni sevir, hörmət edir, komandanın kapitanıyam. Bütün bu amilləri nəzərə alaraq yekunda doğma klubumda qalmağa qərar verdim”.

Azərbaycan milli komandasının da üzvü olan yarımmüdafiəçi qeyd edib ki, maliyyə məsələlərindəki anlaşmazlıqla bağlı söhbətlərin hardan çıxdığını bilmir: “Əgər məsələ təkcə pul və ya daha çox qazanmaq olsaydı, inanın ki, geridə qalan 6 il ərzində dəfələrlə hətta indikindən də sərfəli şərtlərlə təkliflərim olmuşdu. Amma hər zaman sevildiyim yerdə, mənə doğma olan “Neftçi”də qalmağı seçmişəm”.

Mahmudov azarkeşlərə də səslənib: “Qərar vermək periodu bir az uzun çəkdi. Klub rəhbərliyi sağ olsun, səbirlə gözlədi. Azarkeşlərə yaşatdığım narahatlıq üçün məyusam. Dünyanın ən yaxşı fanatları “Neftçi” azarkeşləridir. Onların temperamenti, qələbə istəyi, çılğın dəstəyi daim məni yeni qələbələrə motivasiya edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda əlimdən gələnin ən yaxşısını edərək, meydanda var gücümlə mübarizə apararaq yenidən onların könlünü ala biləcəm. Azarkeşlər də əmin olsunlar ki, bundan sonra da meydanda daha istəkli, daha yaxşı Emin görəcəklər. Komandamın uğurları üçün son damla tərimə kimi mübarizə aparacam”.

Yarımmüdafiəçi bu gün Rusiyanın Sankt Peterburq şəhərinə, komandanın təlim-məşq toplanışına yola düşdüyünü bildirib: “Çatan kimi məşqlərə start verəcəm. Ümid edirəm ki, qarşıdakı “Srvena Zvezda” ilə oyunda meydana çıxıb komanda yoldaşlarıma kömək edəcəm”.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”də çıxış edir.

Futbol
“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

Futbol
Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Futbol
"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
Konfrans Liqası: "Başakşehir", "Fiorentina" və "Vilyarreal pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir", "Fiorentina" və "Vilyarreal pley-offa çıxıb

Futbol
"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

Futbol
İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

Futbol
Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Futbol
Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Futbol
"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Futbol
DÇ-2022 Messinin sonuncu mundialı olacaq

DÇ-2022 Messinin sonuncu mundialı olacaq

Futbol
Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub