“Naxçıvan”dan yeni transfer - RƏSMİ
"Naxçıvan" heyətini yeni basketbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda ABŞ-dən olan Aubri Makalpaynla anlaşıb.
Bu barədə Muxtar Respublika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, Aubri Makalpayn 2023/2024 mövsümündə də "Naxçıvan"ın formasını geyinib. O, son olaraq ötən mövsüm "LANDAU Lions" komandasında çıxış edib.

https://qalaba.az//uploads/photo/naxchivandan-yeni-transfer-resmi.webp