"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar
"Shusha Chess 2022" turnirinin iştirakçıları və qonaqlar üçün ekskursiya təşkil olunub.
Azərbaycan Şahmat Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, iti zəka sahibləri Şuşa qalası, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.
Qeyd edək ki, beynəlxalq şahmat turnirinə sentyabrın 24-də yekun vurulacaq.

https://qalaba.az//uploads/photo/shusha-chess-2022nin-ishtirakchilari-cidir-duzunde-olublar.webp











