Adrian Mutu: "Neftçi"ni seçməyimdə iki səbəb var"

Adrian Mutu: "Neftçi"ni seçməyimdə iki səbəb var"

"Neftçi"ni seçməyimdə iki səbəb var: əvvəla "ağ-qaralar" mənə görə ölkənin ən böyük klubudur. İkincisi, komandanın qarşıdakı il üçün nəzərdə tutulan layihəsi məni cəlb etdi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu "CBC Sport"a müsahibəsində deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, əsas hədəf komandanı yenidən zirvəyə qaytarmaqdır: "Biz təkcə ölkə çempionluğu haqqında fikirləşməməliyik, həm də Azərbaycanı Avropada layiqli təmsil etməliyik. Bunun üçün yaxşı şərait var. Danışıqlar zamanı klubun məqsədləri və müasir futbolun tələblərinə cavab verən inkşaf planı məndə çox gözəl təəssürat oyandırdı. Ən önəmlisi klubun planlarıdır. Ötən illə müqayisədə komandanı daha yaxşı nöqtəyə çatdırmağa çalışacağıq. Asan olmayacaq, amma biz buna inanırıq".

"Neftçi"nin akademiyası ilə bağlı planlarını açıqlayan 44 yaşlı mütəxəssis qarşıya qoyulan məqsədlərdən danışıb və 5 köməkçisi olacağını qeyd edib: "Mənim planım məşqçi olaraq nələr etmək lazımdırsa, onu təşkil etməkdir. Hər şeylə maraqlanacağam. Məlumatlandıqdan sonra futbolçu və məşqçi kimi topladığım təcrübəni burada istifadə edəcəyəm. Buraya işləmək üçün gəlmişəm. 5 köməkçim olacaq. Hamısı ilə bərabər milli komandada və ya İtaliyada futbol oynamışam. Hər biri çalışqan məşqçidir. Əvvəlcə komanda ilə tanış olmaq istəyirəm. Hansı səviyyədə olduğumuzu analiz edəcəyəm. Ondan sonra klubu daha yaxşı mövqeyə daşımaq üçün nələr lazımdırsa, onu öyrənəcəyəm. "Neftçi"nin uğurları üçün əlimdən gələni edəcəyimə heç kimin şübhəsi olmasın”.

Azərbaycan Premyer Liqasındakı rəqabətdən çəkinmədiyini deyən Mutu azarkeşləri də unutmayıb: "Neftçi" fanatları Avropada coşqusu və kluba sadiqliyi ilə tanınır. Onların komandadan gözləntilərinin çox olduğunu bilirəm. Azarkeşlərlə çox yaxşı münasibət quracağıma inanıram. Bunun üçün zamana ehtiyac var. Bu da bir həqiqətdir ki, hər şey bizim işimizdən, meydandakı oyunumuzdan və nəticələrimizdən asılıdır. "Neftçi"ni yenidən zirvəyə daşıyacağımıza inanıram. Burada yaxşı mübarizə mühitinin olduğunu bilirəm. Bu, məni narahat etmir. Əksinə, mübarizə olan yerdə inkşaf da olur. Qarşıdakı mövsüm daha yaxşı mövqedə olacağımıza inanram".

Qeyd edək ki, "Neftçi" Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb. Məşqçilik karyerasına 37 yaşında başlayan mütəxəssisin sonuncu iş yeri ölkəsinin "Rapid" klubu olub. O, müxtəlif vaxtlarda Rumıniyanın "Voluntari", "Universitatya Krayova", həmçinin Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vəhdə" klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.

Futbol
"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

Futbol
Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb

Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb

Futbol
Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
İki futbolçu Qazaxıstanla oyundan əvvəl Azərbaycan millisindən kənarlaşdırılıb

İki futbolçu Qazaxıstanla oyundan əvvəl Azərbaycan millisindən kənarlaşdırılıb

Futbol
"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

Futbol
“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

Futbol
Azərbaycanda oynamış futbolçu Ukrayna klubuna keçib

Azərbaycanda oynamış futbolçu Ukrayna klubuna keçib

Futbol
Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Futbol
Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Futbol
Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”

Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”