Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

“2-ci, 3-cü, 4-cü yerlər üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq. Çempionatda birinci yer uğrunda mübarizə aparmalı və kuboku qazanmalıyıq”.

“QELEBE.AZ” xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Höccət Haqverdi klubun televiziyasına açıqlamasında deyib.

Bakı klubunun “Traktor”dan yeni transfer etdiyi Azərbaycan millisinin müdafiəçisi bu keçidə görə məmnun olduğunu bildirib: “Əla hisslər keçirirəm. Əvvəllər Azərbaycanda olmuşam. “Neftçi”ni tanıyıram, böyük addır. Nəinki Azərbaycanda, hətta başqa ölkələrdə də. Əlbəttə, hər bir futbolçu “Neftçi”də oynamaq istəyər. Çox tanınmış klubdur, böyük tarixə malikdir. Çoxlu azarkeşləri var. Bu keçidə görə xoşbəxtəm. Öz oyunumu burada göstərmək üçün çox istəkliyəm”.

30 yaşlı oyunçu tezliklə tam hazır vəziyyətdə olacağını söyləyib: “İran çempionatında fasilə yaranmışdı. Hər bir çempionatda fasilə olanda oyunçular istirahətə gedirlər. Amma peşəkar futbolçu kimi, öz bədəninin qayğısına qalmalısan. Bir neçə gün istirahət etdikdən sonra məşqçimlə birlikdə məşqlərə başladım. İndiki halda özümü 80 faiz hazır hesab edirəm. Komanda ilə məşqlərə qoşulmalıyam ki, özümü 100 faiz hazır hiss edim”.

H. Haqverdi yeni komandasında rəqabətə hazır olduğunu vurğulayıb: “Uğur qazanmaq üçün hər bir komandada futbolçular arasında rəqabət olmalıdır. Bu daha da maraqlı olur. Hər kəs start heyətində yerini möhkəmləndirmək üçün mübarizə aparmalıdır. Bu təkcə mənim üçün deyil, komandanın uğurları üçün də faydalıdır”.

O, baş məşqçi Laurentsiu Regekampfla görüşdüyünü də sözlərinə əlavə edib: “Bura gələndən sonra baş məşqçi ilə aramızda danışıq oldu. İndiki vəziyyətim, hazırlığım haqqında suallar verdi, məndən nələr istədiyini izah etdi. Mənə hər şey aydın oldu. Hər şey qaydasındadır. Ümid edirəm ki, biz Avropada da uğurlar qazanarıq”.

Qeyd edək ki, Höccət Haqverdi “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

Futbol
KİV: Ronaldu “Napoli”-yə keçir

KİV: Ronaldu “Napoli”-yə keçir

Futbol
Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Futbol
Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Futbol
Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük"

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük"

Futbol
Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Futbol
AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

Futbol
Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Futbol
"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

Futbol
"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Futbol
Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası üçün yeni futbolçu transfer edib

“Araz-Naxçıvan” Çempionlar Liqası üçün yeni futbolçu transfer edib

Futbol
"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"