Baş məşqçi: “Azərbaycan basketbolçuları layiq olduqları kuboku qazandılar”

Baş məşqçi: “Azərbaycan basketbolçuları layiq olduqları kuboku qazandılar”

“Azərbaycan basketbolçuları layiq olduqları kuboku qazandılar”.

“Report” xəbər verir ki, bunu 16 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Evren Alkayan jurnalistlərə açıqlamasında deyib.

“Ölkəmizə, Vətənimizə Avropa çempionu kubokunu gətirərək geri qayıtdıq. Bir həftə Andorrada keçirilən 16 yaşadək qızlar arasında Avropa çempionatında iştirak etdik. Bütün yarışlarda qələbə qazanaraq Avropa çempionu olduq. Basketbolçu qızlara, federasiyaya, səfərimizin təşkilatçılarına, hər kəsə təşəkkür edirəm”, - baş məşqçi vurğulayıb.

“Basketbolçularımız güclü, inadlı mübarizə apardılar. Sonda da layiq olduqları kuboku qazandılar. Andorra yığmasını qrupda və finalda iki dəfə məğlub edərək çempionluğa layiq olduqlarını göstərdilər. Bizim qızlarımız çox güclüdürlər. Mən onlarla fəxr edirəm", - E.Alkayan deyib.

"Təbii ki, məşqlərimiz davam edəcək. Daha böyük uğurlara birlikdə imza atmaq üçün hər zaman çox çalışacağıq. Bundan sonra Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi B divizionunda çıxış edəcək”, - baş məşqçi qeyd edib.

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
"Murov" Bakıya qələbə ilə qayıdır

"Murov" Bakıya qələbə ilə qayıdır

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

Komanda
Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Komanda
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar