U-17 DÇ: Daha bir güləşçimiz ilk görüşdə məğlub oldu
Azərbaycanın qadın güləşçisi Gülxanım Şirinova Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünə çıxıb.
QELEBE.AZ xəbər verir ki, 40 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Tunis təmsilçisi Tasmin Atimniyə 4:6 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı avqustun 2-dək Bakıda yerləşən Milli Gimnastika Arenasında davam edəcək.

https://qalaba.az//uploads/photo/u-17-dch-daha-bir-guleshchimiz-ilk-gorushde-meglub-oldu.webp