Tailand klubu Ramil Şeydayevin məhsuldar ötürmə etdiyi oyunda qələbə qazanıb
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın "Buriram Yunayted" klubu növbəti yoxlama oyununu keçirib.
"Report" xəbər verir ki, komanda Honkonqun "Kitçi" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma "Buriram Yunayted"in 3:2 hesablı qələbəsi ilə bitib.
Matça start heyətdə başlayan Şeydayev 29-cu dəqiqədə vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Buriram Yunayted" daha əvvəl yerli "Utay Tani" komandasını məğlub edib - 2:1.

https://qalaba.az//uploads/photo/tailand-klubu-ramil-sheydayevin-mehsuldar-oturme-etdiyi-oyunda-qelebe-qazanib.webp











