FIFA prezidenti: İran yığmasının Dünya Kubokunda iştirak edəcəyindən əminəm
FIFA prezidenti Canni İnfantino İran yığmasının Dünya Kubokunda iştirak edəcəyindən əmindir.
“Al Jazeera” kanalının xəbərinə görə, İnfantino İran millisinin ABŞ-a səfər edəcəyindən əmin olduğunu deyib.
“Ümid edirik ki, o vaxta qədər vəziyyət sakitləşəcək”, - İnfantino bildirib.
Qeyd edək ki, bundan əvvəl İranın idman naziri milli komandanın təhlükəsizlik səbəblərinə görə ABŞ-a gedə bilməyəcəyini bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə iranlı futbolçuları təhlükəsizlik səbəbinə görə oyunlarda iştirak etməməyə çağırıb.

https://qalaba.az//uploads/photo/fifa-prezidenti-iran-yigmasinin-dunya-kubokunda-ishtirak-edeceyinden-eminem.webp











