Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

"Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik. Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq".

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis ikinci hissədə komandanın oyunundan razı qaldığını söyləyib: "Qrupdakı 6 matçın hamısında yaxşı oyun sərgiləmişdik. I turda Qazaxıstana uduzduğumuz görüşdə məğlubiyyəti haqq etməmişdik. Pozitiv yoldayıq. Komanda inkişaf edir".

De Byazi Amin Seydiyevin "23-lük"dən kənarda qalmasına münasibət bildirib: "Bu gün fərqli qərar verdim. Seydiyev yaxşı və dinamik oyunçudur. Azərbaycan futbolunun gələcəyi ola bilər. Taktiki baxımdan inkişaf etməlidir. Bu gün qərar verdim ki, hücumameyilli oyun göstərək".

Baş məşqçi qələbədən sonra azarkeşlərə yaxınlaşmamaları barədə danışıb: "Görüşdə bir epizod oldu və futbolçu sürüşdü. Azarkeşlər isə ona güldülər. Ancaq mən alqışladım, həmçinin fan-klub da alqışladı. Futbolçulara dəstək vermək vacibdir".

İtaliyalı mütəxəssis Mahir Emreliyə start heyətində şans verməməsinin səbəbini açıqlayıb: "Mahir klubunda az oynayıb. Bilirdik ki, başdan sonadək oynaya bilməyəcək. Yaxşı futbolçudur, amma sırf qol vurmaq üçün oynamamalıdır. Belə olanda heç nə edə bilmirsən".

De Byazi Qazaxıstanla səfərdə və Slovakiya ilə evdəki matçların nəticələrinə görə məyus olduğunu sözlərinə əlavə edib: "Bu görüşlərdə uduzmamalı idik, müdafiədə böyük səhvlər etdik, bizə baha başa gəldi. Bu komanda daha yaxşı oynaya bilər. Əsas odur ki, göydə uçmasınlar, ayaqları yerdə qalsın". 

Baş məşqçi Azərbaycan yığmasının tarixində indiyək ardıcıl  3 qələbə əldə etmədiyini xatırladıb: "Futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Əlində böyük potensial olmada böyük uğur tələb edilir. Mən gələndən sonra Cəlal Hüseynov, Musa Qurbanlı və digər gənc oyunçulara şans verilib. Bu oyunçularla davam eləməliyik. Onlar klublarında da çox oynamalıdırlar ki, bizə kömək edə bilsinlər".

Mütəxəssis Qazaxıstanın qrup birinciliyinə layiq olduğunu diqqətə çatdırıb: "Çünki onların çox güclü, keyfiyyətli komandası var. Meydanda bütün güclərini qoyurlar".

De Byazi millinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq ehtimalı barədə qısa danışıb: "Millətlər Liqasında və ya seçmə mərhələdən vəsiqə qazanmağın fərqi yoxdur. Gözəl təcrübə olar. Xalq, futbolçular üçün qeyri-adi şey olar. Bəxtimiz gətirsə, çıxa bilərik".

Baş məşqçi son olaraq Musa Qurbanlı haqqında fikirlərini bölüşüb: "Çox yaxşı oyunçudur, ağıllı uşaqdır. Əsl hücumçuya xas olan hərəkətlər var. Onu çox bəyənirəm. Gəncdir, “Qarabağ”da oynaması onun üçün şansdır. Oradakı təcrübəli oyunçulardan çox şey öyrənə bilər. Renat, Ramil kimi də perspektivli oyunçularımız var".

Futbol
İlqar Nadiri: "Stadion məsələsi ən yaralı yerimizdir"

İlqar Nadiri: "Stadion məsələsi ən yaralı yerimizdir"

Futbol
Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Futbol
Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Futbol
Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Futbol
Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Futbol
İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

Futbol
Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Futbol
Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Futbol
İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

Futbol
"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

Futbol
Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”