UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

UEFA Avropa Liqasında bu gün qrup mərhələsinə yekun vurulacaq.

"QELEBE.AZ"un məlumatına görə, VI turda ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Polşada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək. B qrupunun digər maçtında Fransa "Renn"i Kiprin AEK (Larnaka) klubunu qəbul edəcək. Qrupda "Renn" və "Fənərbağça" ilk iki pilləni təmin edib. Oyunlar qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq.

Qonşu ölkənin digər komandası "Trabzonspor" Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək. H qrupunda "Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya) matçı da baş tutacaq.

Sonuncu tur görüşlərindən sonra "Midtüllan" (Danimarka), "Şturm" (Avstriya), "Feyenoord" (Niderland), "Latsio" (İtaliya), "Qarabağ" (Azərbaycan), "Nant" (Fransa), "Monako" (Fransa), "Srvena Zvezda" (Serbiya), "Trabzonspor" (Türkiyə), "Lüdoqorets" (Bolqarıstan), "Roma" (İtaliya), "Yunion" (Berlin, Almaniya) və "Braqa" (Portuqaliya) növbəti mərhələyə vəsiqə qazana bilər.

Daha əvvəl "Arsenal" (İngiltərə), PSV (Niderland), "Fənərbağça" (Türkiyə), "Renn" (Fransa), "Betis" (İspaniya), "Yunion" (Belçika), "Mançester Yunayted" (İngiltərə), "Real Sosyedad" (İspaniya), "Frayburq" (Almaniya) və "Ferentsvaroş" (Macarıstan) qrupdan çıxmağı təmin ediblər.

UEFA Avropa Liqası, qrup mərhələsi
VI tur

E qrupu
21:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
21:45. "Şerif" (Moldova) - "Omoniya" (Kipr)
Xal durumu: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 12, "Şerif" - 3, "Omoniya" - 0

F qrupu
21:45. "Midtüllan" (Danimarka) - "Şturm" (Avstriya)
21:45. "Feyenoord" (Niderland) - "Latsio" (İtaliya)
Xal durumu: "Latsio" - 8, "Şturm" – 8, "Feyenoord" - 5, "Midtüllan" - 5

G qrupu
21:45. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
21:45. "Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa)
Xal durumu: "Frayburq" - 13, "Qarabağ" - 7, "Nant" - 6, "Olimpiakos" - 2

H qrupu
21:45. "Trabzonspor" (Türkiyə) - "Ferentsvaroş" (Macarıstan)
21:45. "Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya)
Xal durumu: "Ferentsvaroş" - 10, "Monako" - 7, "Trabzonspor" - 6, "Srvena Zvezda" - 6

A qrupu
00:00. "Arsenal" (İngiltərə) - "Sürix" (İsveçrə)
00:00. "Budö Qlimt" (Norveç) - PSV (Niderland)
Xal durumu: "Arsenal" - 12, PSV - 10, "Budö Qlimt" - 4, "Sürix" – 3

B qrupu
00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə)
00:00. "Renn" (Fransa) - AEK (Larnaka, Kipr)
Xal durumu: "Fənərbaxça" – 11, "Renn" - 11, AEK – 4, “Dinamo” - 1

C qrupu
00:00. "Roma" (İtaliya) - "Lüdoqorets" (Bolqarıstan)
00:00. "Betis" (İspaniya) - HİK (Finlandiya)
Xal durumu: "Betis" - 13, "Lüdoqorets" - 7, "Roma" - 7, HİK - 1

D qrupu
00:00. "Yunion" (Belçika) - "Yunion" (Berlin, Almaniya)
00:00. "Braqa" (Portuqaliya) - "Malmö" (İsveç)
Xal durumu: "Yunion" - 13, "Yunion" (Berlin) - 9, "Braqa" - 7, "Malmö" - 0

Futbol
İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

Futbol
"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

Futbol
Almaniyanın məşhur nəşri "Qarabağ"ın oyununa xüsusi yer ayırıb

Almaniyanın məşhur nəşri "Qarabağ"ın oyununa xüsusi yer ayırıb

Futbol
Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir

Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir

Futbol
"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

Futbol
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Futbol
Luiş Fiqu dünya rekordu vurub, Ginnesin rekordlar kitabına düşəcək - VİDEO

Luiş Fiqu dünya rekordu vurub, Ginnesin rekordlar kitabına düşəcək - VİDEO

Futbol
Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Futbol
Modriç millidə oynamağa davam edəcəyini bildirib

Modriç millidə oynamağa davam edəcəyini bildirib

Futbol
AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

Futbol
DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

Futbol
FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək