Konfrans Liqası: "Sabah" əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb

Konfrans Liqası: "Sabah" əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb

"Sabah" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, Bakı klubu buna II raundun cavab oyununda Bakıda Latviyanın RFŞ komandasını 2:1 hesabı ilə məğlub etməklə nail olub. İlk qarşılaşmada rəqibinə 2 cavabsız qolla qalib gələn Murad Musayevin baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

Cavab oyununun ilk hissəsində qapılara top vurulmayıb. Əvəzində 34-cü dəqiqədə qonaqların hücumçusu Andrey İliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Hesab isə 67-ci dəqiqədə açılıb. Yanus İkauniyeks qonaqları önə çıxarıb. Buna baxmayaraq, "Sabah" məğlubiyyətdən xilas ola bilib. Cəmi 10 dəqiqə sonra fərqlənən Coy Lens Mikels tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Emanuel Apeh yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.

21:38

Bakıda "Sabah" və Latviyanın RFŞ kollektivləri arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda 2-ci qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, Bakı klubunun hücumçusu Coy Lens Mikels 77-ci dəqiqədə hesabı bərabərləşdirib.

21:28

Bakıda "Sabah" və Latviyanın RFŞ kollektivləri arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, 67-ci dəqiqədə fərqlənən Yanus İkauniyeks qonaqları önə çıxarıb.

21:06

Bakıda "Sabah" və Latviyanın RFŞ kollektivləri arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

20:49

Bakıda "Sabah" və Latviyanın RFŞ kollektivləri arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

34-cü dəqiqədə qonaqlar azlıqda qalıblar. Andrey İliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

20:00

Bakıda "Sabah" və Latviyanın RFŞ komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu start götürüb.

"QELEBE.AZ"un məlumatına görə, "Bank Respublika Arena"da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü isveçrəli FİFA referisi Fedayi San idarə edir.

Qeyd edək ki, ilk matçda "Sabah" 2:0 hesablı qələbə qazanıb.

18:55

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Sabah" və Latviyanın RFŞ klublarının start heyətləri açıqlanıb.

"QELEBE.AZ" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 4. Elvin Camalov, 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vinsent Till, 15. Kristian da Silva, 18. Davit Volkov, 20. Coy Lens Mikels, 44. Sofian Çakla
Ehtiyat oyunçular: 16. Rustam Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 21. İldar Alekperov, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 29. Ceyhun Nuriyev, 77. Namik Ələskərov
Baş məşqçi: Murad Musayev

RFŞ: 13 Yevgeni Neruqal, 3. Artur Zyuzin, 9. Yanus İkauniyeks, 10. Emerson, 11. Roberts Savaļniyeks. 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek, 52. Martsis Oş
Ehtiyat oyunçular: 1. Pavel Şteynbor, 16. Sergey Vilkovs, 2. Vladislav Sorokin, 7. İsmael Diomande, 8. Daniels Ontujans, 17. Sedrik Kuadio, 18. Dmitri Zelenkov, 22 Darko Lemayiç, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Zaleyko
Baş məşqçi: Viktor Moroz

Qeyd edək ki, bu gün Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Futbol
“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

Futbol
Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Futbol
PSJ Messinin əvəzləyicisini tapıb

PSJ Messinin əvəzləyicisini tapıb

Futbol
Futbol əfsanəsi Pele vəfat edib

Futbol əfsanəsi Pele vəfat edib

Futbol
UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

Futbol
“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

Futbol
Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Futbol
Belçika millisinin baş məşqçisi istefa verib

Belçika millisinin baş məşqçisi istefa verib

Futbol
Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Futbol
“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”