“Qəbələ”yə iki oyunda 5 qol vuran futbolçu: “İstədiklərimizi gözlədiyimizdən asan etdik”

“Qəbələ”yə iki oyunda 5 qol vuran futbolçu: “İstədiklərimizi gözlədiyimizdən asan etdik”

“İstədiklərimizi gözlədiyimizdən asan etdik”.

“Report”un məlumatına görə, bunu Kiprin “Omoniya” klubunun futbolçusu Roman Bezus “Qəbələ”ni 4:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə yerli mətbuata danışarkən deyib.

Keçirilən iki görüşdə Azərbaycan təmsilçisinin qapısına ümumilikdə 5 qol vuran ukraynalı hücumçu “qırmızı-qaralar” barədə müsbət fikirlər səsləndirib: “Əsas məsələ növbəti mərhələyə adlamağımız idi. “Qəbələ” çox yaxşı komandadır, onlara qarşı ciddi yanaşmaq lazım gəldi. İlk görüşdə bizə çətin anlar yaşatdılar. Cavab matçında isə iki erkən qol vurmağımız həlledici oldu”.

Ukrayna millisinin 33 yaşlı forvardı Qəbələdə het-trik, Nikosiyada isə dubl etməsinə münasibət bildirib: “Futbolda sıfırdan qəhrəmana çevrilə və qəhrəmanlıqdan sıfır dərəcəsinə düşə bilərsən. Qol vurmaq və ya assist etmək gözəl hissdir. Bu, özünəinam baxımından vacibdir. Amma mənim üçün adi haldır, qollar vurmağıma təəccüblənmirəm”.

Qeyd edək ki, ötən həftə Qəbələdə baş tutan ilk matçda “Omoniya” 3:2 hesablı qələbə qazanmışdı. “Qəbələ” avrokuboklarda mübarizəni dayandırıbsa, Kipr təmsilçisi III təsnifat mərhələsində Danimarka “Midtyullan”ına rəqib olub.

Futbol
Canni De Byazi: "Bakıda da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan"

Canni De Byazi: "Bakıda da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan"

Futbol
Mbappe PSJ-ni tərk etmək istəyir

Mbappe PSJ-ni tərk etmək istəyir

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

Futbol
İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

Futbol
“Qarabağ” Avropada rekord vurub

“Qarabağ” Avropada rekord vurub

Futbol
Mahir Emreli koronavirusa yoluxub

Mahir Emreli koronavirusa yoluxub

Futbol
Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub

Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub

Futbol
"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır"

"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır"

Futbol
Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb

Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb

Futbol
Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Futbol
"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb