İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək
Bosniya və Herseqovinadan olan futbol hakimi İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununa təyinat alıb.
"Report"un məlumatına görə, 38 yaşlı referi Yunanıstanda "Olimpiakos"a qarşı Avropa Liqasının qrup mərhələsinin III tur matçında əsas söz sahibi olacaq.
Pelto daha əvvəl "köhlən atlar"ın Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmasında iş başında olub.
Ədalət təmsilçisi həmin görüşdə 6 sarı vərəqə göstərib. Bunların 2-də meydan sahiblərinin, 4-də isə qonaqların oyunçuları cəzalanıb.
Bundan əlavə, Bosniya və herseqovinalı hakim Azərbaycan yığmasının 2021-ci ilin sentyabrında Lüksemburqa səfərdə 1:2 hesabı ilə məğlub olduğu DÇ-2022-nin seçmə oyununu da idarə edib.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/irfan-pelto-cari-movsum-ikinci-defe-qarabagin-oyununu-idare-edecek.webp











