Rəşad Sadıqov: “Qarabağ”a qarşı oyunlarda həmişə qəribə hisslər olur”

Rəşad Sadıqov: “Qarabağ”a qarşı oyunlarda həmişə qəribə hisslər olur”

“Qarabağ”a qarşı oyunlarda həmişə qəribə hisslər olur”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının I tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis hələ ideal formadan uzaq olduqlarını bildirib: “Əlbəttə ki, “Qarabağ”la ilk oyunda səfərdə qarşılaşmaq istəməzdik. Bu dəfə uğurlu alındı. Birinci hissədə daha inamlı idik. Bizim hesabı açmağımızdan sonra “Qarabağ”da dəyişikliklər oldu, rəqib hücuma atıldı. Daha çox mübarizə aparıb, əks-hücumda rəqibi gözləyirdik. Narahatlıq var idi ki, 70-ci dəqiqədən sonra çatdırmarıq. 4-5 turdan sonra ideal fiziki formada olacağıq. Oyunçularım bu gün xarakter göstərdilər”.

O, “Zirə”nin “Qarabağ” üzərində qazandığı ilk qələbəsinin xüsusi hisslər yaratdığını söyləyib: “Xüsusi hiss var, amma qarışıqdır. Uzun illər “Qarabağ”da oynamışam. Təbii ki, bu komandaya qarşı oyunlar mənim üçün həssas olur. Aşırı şəkildə sevinc yoxdur. Biz yaxınıq, münasibətlərimiz hamıya bəllidir. Amma hər zaman ədaləti qoruyub-saxlamağa çalışırıq”.

Baş məşqçinin sözlərinə görə, transfer çalışmalarını davam etdirirlər: “1-2 oyunçu gətirmək istəyirik. Hazırda bir neçəsi ilə danışırıq. Ancaq irəliləyiş yoxdur. Alınmasa belə, bu heyətlə davam edəcəyik. Komandadan razıyam, sadəcə, heyəti genişləndirmək istəyirik. Toplanış zamanı iki hücumameyilli oyunçu zədələndi. Rəhim Sadıxov da zədələnib. Onu daha çox sol cinahda oynadacağıq. Eldar Quliyevə o mövqedə şans verdik. Hücum xəttində oyunçuya ehtiyac var”.

Rəşad Sadıqov yayda “Qəbələ”dən keçən braziliyalı müdafiəçi Ruan Renato barədə xoş sözlər işlədib: “Ruanın liderlik keyfiyyətini görürdüm. Bu, 100 futbolçudan birində olur. Ruan məşqdə, oyunda futbolçuları motivasiya etməyi bacarır. Bu da effektini göstərir”.

“Zirə”nin baş məşqçisi gərgin mövsüm gözlədiyini sözlərinə əlavə edib: “Hamımız düşünürük ki, son illərin ən gərgin mövsümü olacaq. İlk turlar da bunu göstərir. Məncə, hamı üçün maraqlı olacaq. İstərdim ki, proseslər ədalətli şəkildə getsin. Hakimlərin boynuna böyük yük düşəcək. Gərginliyi yatızdırıb, oyunu ədalətli idarə etməlidirlər. İşləri asan olmayacaq”.

Futbol
Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Futbol
Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Futbol
"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

Futbol
“El Klasiko”da rekordlar qeydə alınıb

“El Klasiko”da rekordlar qeydə alınıb

Futbol
"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

Futbol
“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda hesab açılıb

Şimali Makedoniya - Azərbaycan oyununda hesab açılıb

Futbol
"Qızıl top" mükafatının qalibi bəlli olub

"Qızıl top" mükafatının qalibi bəlli olub

Futbol
DÇ-2022: Argentina 92 ildən sonra antirekordu təkrarlayıb

DÇ-2022: Argentina 92 ildən sonra antirekordu təkrarlayıb

Futbol
"Lion" klubunun yeni sahibi bəlli olub

"Lion" klubunun yeni sahibi bəlli olub

Futbol
"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

Futbol
Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub