“Sabah”ın baş məşqçisi: “Zəif və güclü tərəflərimizi müəyyənləşdirməliyik”

“Sabah”ın baş məşqçisi: “Zəif və güclü tərəflərimizi müəyyənləşdirməliyik”

“Zəif və güclü tərəflərimizi müəyyənləşdirməliyik”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Şimali makedoniyalı mütəxəssis komandasının FİBA Avropa Kubokunun 2023/2024 mövsümündəki şanslarını dəyərləndirib. O, avrokuboklarda debütant olduqlarını xatırladıb: “Hər şey mümkündür. Biz yeni komandayıq. Klub olaraq beynəlxalq turnirlərdə iştirak təcrübəmiz yoxdur. İlk növbədə mərhələli şəkildə avrokubok matçlarına hazırlaşmalıyıq. Kollektiv yenidən qurulur”.

“Sabah”ın inkişafı üçün əlindən gələni etdiyini söyləyən Boban Mitev qrup mərhələsindəki rəqibləri barədə də fikirlərini bölüşüb: “Rəqiblərimiz yaxşı maddi dayaqlara malikdirlər. Mənim ölkəmi təmsil edən “Rabotniçki”nin geniş büdcəsi var. Buna baxmayaraq, meydandan qalib ayrılmaq üçün hər görüşdə maksimum gücümüzlə mübarizə aparacağıq”.

Qeyd edək ki, “Sabah” oktyabrın 2-5-də Skopyedə keçiriləcək A qrupunun matçlarında “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) üz-üzə gələcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib