Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarının 2022/2023 mövsümündə iştirak edən komandalarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

Azərbaycan Voleybol Federasiyasından (AVF) “QELEBE.AZ”a verilən məlumata görə, Voleybol Mərkəzində təşkil olunan görüşdə qurumun vitse-prezidenti Əbülfəz Hüseynov və federasiyanın baş katibi Fərid Xəlilov komandalara yeni ildə uğurlar arzulayıblar.

Ə. Hüseynov bildirib ki, Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” olduğundan, federasiya ilin tədbirlər planına bəzi əlavə və dəyişikliklər edib: “Bildiyiniz kimi, biz mövsümün əvvəlində Yüksək Liqa yarışlarının qalibinin altı dövrədən sonra məlum olacağını bildirmişdik. Mart, aprel və mayda müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan turnir və yarışlarımızı keçirəcəyik. Bütün bunları nəzərə alaraq, Yüksək Liqa yarışlarının əsasnaməsinə bəzi əlavələr edilib. Belə ki, həm kişi, həm də qadın voleybolçular arasında keçirilən Yüksək Liqa yarışlarında komandalar dörd dövrədən ibarət olamaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq. Dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçün yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq”.

Baş katib Fərid Xəlilov qeyd edib ki, əsasnaməyə edilən dəyişikliklər ölkə çempionatının gərginliyini və marağını daha da artıracaq. Onun sözlərinə görə, qarşıda klubları maraqlı yarış və turnirlər gözləyir. Həmin yarışlarda iştirak edəcək komandaların sayı Yüksək Liqa ilə müqayisədə çox olacaq. Xəlilov vurğulayıb ki, bu yarışlarda I Liqa komandalarının da iştirakı planlaşdırılır.

Görüşdə iştirak edən klubların razılığı əsasında Yüksək Liqanın əsasnaməsinə əlavə və dəyişikliklər edilib. Yüksək Liqada komandalar nəzərdə tutulduğu kimi altı dövrə yox, dörd dövrədən ibarət olamaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq.

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib