Murad Musayev: "Xarakter göstərdik, adlı-sanlı rəqibdən qorxmadıq"

Murad Musayev: "Xarakter göstərdik, adlı-sanlı rəqibdən qorxmadıq"

"Bugünkü oyuna görə uşaqlarla fəxr edirəm. Xarakter göstərdik, adlı-sanlı rəqibdən qorxmadıq, hücum futbolu sərgilədik".

"Report"un məlumatına görə, bunları "Sabah"ın baş məşqçisi Murad Musayev Bakıda Serbiya "Partizan"ına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, penaltidən yararlanmaq mümkün olmasa, komandası sonradan toparlana bilib: "Şanslar hələ bərabərdir. Addım-addım gedəcəyik. Qarşıda "Sumqayıt"la matç var. Bir həftə sonra isə Belqradda çətin oyunumuz oolacaq. Stadiona gələn azarkeşlərə, tamaşaçılara təşəkkür edirəm. Bu gün onların dəstəyi bizim üçün çox vacib idi. Fanatların sayəsində tarixi qələbə qazandıq. İşin yarısını görmüşük. Amma sakit qalıb, növbəti oyunu gözləməliyik".

Qaçırılan epizodlarla bağlı fikirlərini bölüşən 40 yaşlı mütəxəssis hər gün bunun üzərində çalışdıqlarını söyləyib: "Oyunçularımızın üzərində təzyiq var. Onlar üçün yeni təcrübədir. Bir neçə qol imkanından yararlana bilməsək də, nəticəni xeyrimizə dəyişə bildik. Burada kiminsə fərdi oyununu dəyərləndirmək düzgün olmazdı. Qalib gəlmişik və oyunçularımdan məmnunam".

Onun sözlərinə görə, Belqraddakı cavab görüşü daha çətin olacaq: "Rəqib öz azarkeşləri önündə oynayacaq. Möhtəşəm fanatları var. Bu gün bir az hava da bizə kömək oldu. Rəqib üçün çox çətin idi. Məni üzən hallar da var, Elvin Camalov və Con İrasabal zədəlidir, Coy Lens Mikelsin vəziyyətini bilirsiniz. Müəyyən dəyişikliklər etməli olacağıq. Bu tempi saxlamaq üçün çalışacağıq".

Musayev yeni transferlərə ehtiyac duyduğunu gizlətməyib: "Önəmli olan strukturdur. Bunu sona kimi saxlaya bilsək, düz oynasaq, çox yaxşı çıxış edəcəyik. Ötən il Kaşuk və Mikels qollar vururdu. Amma hər şey bu, komandanın məhsuludur. Yusif qapıda etibarlı çıxış edir, ona da komanda yoldaşlarının köməyi var. İntizamı saxlasaq, yaxşı olacaq. Amma yenə transferlərə ehtiyacımız olacaq. Amma kimisə gətirsək belə, bu matç üçün sifariş edə bilməyəcəyik".

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 17-də Belqradda olacaq.

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Futbol
Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Futbol
AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

Futbol
"Qarabağ"ın hücumçusu Macarıstan klubu ilə 2 illik müqavilə imzalayıb

"Qarabağ"ın hücumçusu Macarıstan klubu ilə 2 illik müqavilə imzalayıb

Futbol
AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

Futbol
Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Futbol
“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
"Səbail" - "Kəpəz" oyununda insident baş verib

"Səbail" - "Kəpəz" oyununda insident baş verib

Futbol
UEFA “Qarabağ”ın müraciətinə cavab verib

UEFA “Qarabağ”ın müraciətinə cavab verib

Futbol
Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Futbol
2022-ci ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub

2022-ci ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub