Məhəmməd Musayev: “Bu gün günüm deyildi”
İkiqat Avropa çempionu Məhəmməd Musayev (66 kq) gənclər arasında dünya çempionatında qazandığı bürünc medalı dəyərləndirib.
"Apasport"un Daşkəndə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan cüdoçusu mundialda çempionluq hədəfləsə də, bu istəyinə çata bilməyib.
Musayev bildirib ki, dünya çempionatı Avropa çempionatından xeyli fərqlənir və burada psixoloji təzyiq daha böyükdür.
Onun sözlərinə görə, favorit kimi çıxış etmək də idmançı üzərində əlavə məsuliyyət və təzyiq yaradır.
Cüdoçu bugünkü çıxışından tam razı qalmadığını gizlətməyib: “Bu gün mənim günüm deyildi. Amma hədəflər qabaqdadır, çox çalışmaq lazımdır”.
Musayev qarşıdakı yarışlarda daha yaxşı nəticə göstərmək üçün həm psixoloji, həm də fiziki cəhətdən üzərində işləməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Məhəmməd Musayev ardıcıl ikinci il gənclər arasında dünya çempionatının bürünc medalını qazanıb. O, ötən il Perunun paytaxtı Limada keçirilən mundialda da eyni nəticəyə imza atıb.

https://qalaba.az//uploads/photo/mehemmed-musayev-bu-gun-gunum-deyildi.webp