“Qəbələ”nin kapitanı: “Bu səhvlərdən dərs çıxarmalıyam” - MÜSAHİBƏ

“Qəbələ”nin kapitanı: “Bu səhvlərdən dərs çıxarmalıyam” - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə 4-cü yeri tutan və ölkə kubokunu qazanan “Qəbələ” yeni mövsümə uğursuz başlayıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu “Omoniya”ya hər iki matçda (2:3, 1:4) məğlub olan “qırmızı-qaralar” Premyer Liqanın ilk iki turunda müvafiq olaraq “Sabah” (0:5) və “Araz-Naxçıvan”a uduzub.

Bölgə təmsilçisinin kapitanı Urfan Abbasov “Report”a müsahibəsində komandadakı enişin səbəblərini açıqlayıb.

- Azərbaycan Premyer Liqasının II turunda “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzdunuz. Nəticə gözlənilməz olmadı?
- “Araz-Naxçıvan” bu mövsümün debütantı olsa da, oyunun ağır olacağını bilirdik. Hava da isti idi. Düzdür, hava şəraiti və ya rəqibin elitaya yenidən qayıtması bəhanə ola bilməz. Matça pis hazırlaşmamışdıq. Xırda səhvlərdən qollar buraxdıq. Mənim də səhvlərim var idi. Belə olmasını istəməzdik. Komandada bir az ruh düşkünlüyü var, toparlanma prosesi çətin gedir. Ardıcıl məğlubiyyətlər kollektivə pis təsir edir. Bunun öhdəsindən gəlmək, hər şeyi unutmaq istəyirik. Bu ab-hava ilə hazırlıq keçmək bir az çətindir. Ancaq istənilən halda artıq qarşıdakı görüşə köklənməliyik. Hər şey özümüzdən asılıdır. Mövsüm hələ qarşıdadır. İndidən əl-qolumuzu aşağı salsaq, daha pis nəticələr olar. Daha aqressiv olmalı və yaxşı oyun sərgiləməliyik ki, vəziyyətdən çıxaq.

- UEFA Kofrans Liqası və Premyer Liqa daxil olmaqla, mövsümün ilk dörd oyununda məğlub olmusunuz. Nə baş verir?
- Avrokubokda Kipr klubu “Omoniya”ya qarşı ilk matçı elə də pis keçirməmişdik. Qəbələdəki oyundan sonra hamı bizdən danışırdı. Səfərdəki cavab görüşündə də səhvlərə yol verdik, oyun əldən getdi. Ardından “Sabah”la çətin qarşılaşmaya çıxdıq və acı məğlubiyyət aldıq. Bu nəticələr komandada özünəinamı azaltdı. “Araz-Naxçıvan”a qalib gələrək, hər şeyi unutmaq istəyirdik. Ancaq alınmadı, heç cür toparlana bilmədik.

- Bu eniş heyətdəki dəyişikliklərlə əlaqədardır, yoxsa səbəb başqadır?
- Əvvəlki illərdə də komanda yeni qurulanda ilk vaxtlar eniş olurdu. Bütün komandalar belə halla üzləşirlər. Görünür, futbolçular bir-birilərinə hələ uyğunlaşmayıblar. Hamıya inam yüksəkdir.

- Yeni gələn əcnəbilər sanki gedənlərin boşluğunu doldura bilmirlər...
- Yeni gələn əcnəbilər keyfiyyətli futbolçulardır. Öz potensiallarını açmalarına vaxt lazımdır. Ümid edirik ki, azarkeşlər qarşıdakı matçlarda daha yaxşı “Qəbələ” görə biləcəklər.

- Adətən belə vəziyyətdə kapitan ön plana çıxaraq, komandanı çətin durumdan çıxarır. Ancaq sizin öz oyununuzda da geriləmə var. Demək olarmı ki, kapitanlıq sarğısının gətirdiyi təzyiq bunda həlledici rol oynayır?
- Bunun təzyiqlə bağlı olduğunu düşünmürəm. Komandamızın qələbə qazanmasını ən çox istəyənlərdən biri də mənəm. Futbolda səhvlər qaçılmazdır. Düzdür, mənim səhvlərim nəticəyə birbaşa təsir etdi. Bu səhvlərdən özümə dərs çıxarmalıyam. Bir kapitan kimi komandanı toparlamaq mənim öhdəliyimə düşür. Futbolçularımızın “Sumqayıt”la görüşə daha motivasiyalı, aqressiv çıxmaları üçün əlimdən gələni edəcəyəm.

- Növbəti turdakı rəqibiniz “Sumqayıt”ın bu həftə “Sabah”la keçirməli olduğu görüş təxirə salındı. Bu amil sizə mənfi, yoxsa müsbət təsir edəcək?
- Çempionatda zəif komanda yoxdur. Əsas odur ki, kollektiv şəkildə matçlara yaxşı hazırlaşasan. Hələ heç nə itirilməyib, bir qələbə hər şeyi dəyişə bilər. Bütün diqqətimizi “Sumqayıt”la görüşə cəmləməliyik ki, bunun bəhrəsini görə bilək.

Futbol
Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

Futbol
AFFA və PFL rəhbərliyi Qərb bölgəsinə səfər edib

AFFA və PFL rəhbərliyi Qərb bölgəsinə səfər edib

Futbol
İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Futbol
"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb

Futbol
Azərbaycanın qadın futbolçulardan ibarət millisi Xorvatiya ilə heç-heçə edib

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Xorvatiya ilə heç-heçə edib

Futbol
Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb

Futbol
“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

Futbol
Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb