Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

"Əlbəttə, qalib gəlmək xoşdur".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Bakıda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

28 yaşlı qolkiper son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələr səbəbindən bu qələbədən tam zövq ala bilmədiklərini söyləyib: "Çoxlu sayda şəhid vermişik. Buna görə tam sevinə bilmirik".

O, görüşə hazırlaşmağın çətin olduğunu söyləyib: "Çünki bu hadisələr biz çox pis təsir edir. Şəhidlərin anaların, həyat yoldaşlarının, valideynlərinin, övladlarının videolarına baxırıq, çox ağırdır. Bu matça hazırlaşmaq psixoloji cəhətdən çox çətin idi".

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə isə oyunun çətin keçdiiyini vurğulayıb: "Belə çətin gündə və bu cür matçda qələbə qazandığımız üçün ikiqat xoşbəxtik. İddiamızı ortaya qoyduq. Gələn oyunlara hazırlaşıb daha yüksək nəticələr əldə etmək üçün çalışacağıq".

Futbolçu ilk hissənin başlanğıcında oyuna tam köklənə bilmədiklərini etiraf edib: "Buna görə çətinlik çəkdik. Sonrakı dəqiqələrdə isə daha yaxşı çıxış edib qollar vurduq. Bu qələbə Yunanıstan "Olimpiakos"u ilə oyun öncəsi bizə motivasiyadır. 3 xalımız var. Bunu daha da artırıb qrupdan çıxmaq üçün çalışacağıq".

Futbol
"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

Futbol
Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına qoşulmaq istəyir

Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına qoşulmaq istəyir

Futbol
Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Futbol
"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

Futbol
Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Futbol
Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Futbol
Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Futbol
Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir