"Partizan"ın baş məşqçisi: "Sabah"dan qorxmuruq, amma ehtiyatlı olmalıyıq"

"Partizan"ın baş məşqçisi: "Sabah"dan qorxmuruq, amma ehtiyatlı olmalıyıq"

"Qorxduğumuz üçün yox, arxayınlaşmamaq üçün ehtiyatlı olmalıyıq. Futbolçularımız necə böyük klubda oynadıqlarını bilirlər".

"Report" xəbər verir ki, bunu "Partizan"ın baş məşqçisi İqor Dulyay Serbiyada "Sabah"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin çempionatdakı matçının təxirə salındığını xatırladıb: "Biz bunu etmədik, görüşlərə belə hazırlaşırıq. Bu bəhanə də deyil. İlk oyun kabus idi. Amma bütün məsuliyyət mənim üzərimdədir. Futbolçularım haqqında heç vaxt məndən pis söz eşitməyəcəksiniz. Onlara inanıram. Sabah azarkeşlərin dəstəyi olduqca vacibdir. Geridönüş edəcəyimizə ümid edirik. Komanda üzərində təzyiq var və 0:2 hesabından sonra əlavə təzyiqə ehtiyac belə yoxdur. Rəqibin qapalı oynayacağını düşünmürəm. "Sabah"ın əla baş məşqçisi və yaxşı oyunçuları var. Bizi də yaxşı təhlil etmişdilər".

Qeyd edək ki, avqustun 17-də oynanılacaq görüş Bakı vaxıt ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda "Sabah" 2:0 hesabı ilə qələbə qazanıb.

Futbol
İntizam Komitəsi "Səbail" klubunu cərimələyib

İntizam Komitəsi "Səbail" klubunu cərimələyib

Futbol
Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Futbol
"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

Futbol
Türkiyə klubu avrokubok matçından öncə kuryoz hadisə ilə üzləşib

Türkiyə klubu avrokubok matçından öncə kuryoz hadisə ilə üzləşib

Futbol
"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

Futbol
"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

Futbol
Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Futbol
“Real” İspaniya Superkubokunun finalına yüksəlib

“Real” İspaniya Superkubokunun finalına yüksəlib

Futbol
Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Futbol
Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Futbol
"Yuventus"un yeni prezidenti bəlli olub

"Yuventus"un yeni prezidenti bəlli olub

Futbol
"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub