Qərb derbisinin biletləri satışa çıxarılıb
Misli Premyer Liqasının XIII turunda keçiriləcək “Turan Tovuz” - “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, qarşılaşma noyabrın 28-də saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq.
Turnir cədvəlində “Turan Tovuz” 24 xalla üçüncü, “Kəpəz” isə 18 xalla altıncı pillədə qərarlaşıb.
Azarkeşlər biletləri birbilet.az saytı vasitəsilə onlayn əldə edə, istədikləri sektor və yerləri seçə bilərlər. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3 və 5 manat təşkil edir.
Şəhid ailələri və qazilər üçün ayrılmış sektora dəvətnamələr stadionun kassasından ödənişsiz təqdim olunur. Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər biletləri kassadan fiziki formada da əldə edə bilərlər.
Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya elektron biletin üzərindəki QR kodun oxudulması ilə mümkün olacaq.

https://qalaba.az//uploads/photo/qerb-derbisinin-biletleri-satisha-chixarilib.webp