DSX-nin Atçılıq Mərkəzində süvarilər üçün inşa edilmiş qapalı manejə baxış keçirilib

DSX-nin Atçılıq Mərkəzində süvarilər üçün inşa edilmiş qapalı manejə baxış keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev DSX-nin Atçılıq Mərkəzində süvarilər üçün inşa edilmiş qapalı manejə baxış keçirib.

Qurumdan "QELEBE.AZ"a verilən məlumata görə, mərasim iştirakçıları öncə hərbi hissə ərazisində yaradılmış şəraitlə tanış olub, Atçılıq Mərkəzinin xidməti fəaliyyəti ilə bağlı foto-sərgiyə baxış keçiriblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin ali qayğısı sayəsində ölkədə idmanın bütün sahələrində olduğu kimi, atçılıq idman növünün də inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı, Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” atçılıq mərkəzinin “Süvarilər” qrupunun, çövkən, konkur, polo komandalarının respublika üzrə və digər ölkələrdə keçirilmiş mötəbər tədbirlərdə, beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edərək uğurlar qazandıqları qeyd olunub.

Ötən müddətdə “Sərhədçi” atçılıq mərkəzində beynəlxalq standartlara cavab verən ən müasir infrastrukturun yaradıldığı, xidməti heyvanların dövlət sərhədinin mühafizəsində istifadəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması, eləcə də ölkəmizdə atçılıq idman növünün təbliği və inkişafında, idman istedadlarının üzə çıxarılmasında, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində mərkəzin uğurlu fəaliyyət göstərdiyi vurğulanıb.

Yeni inşa edilmiş qapalı manejdə “Süvarilər” qrupu tərəfindən Qarabağ və Dilbaz atları üzərində xüsusi proqram nümayiş olunub, “Konkur” komandası nümunəvi çıxışlar edib və açıq manejdə “Cövkən” komandalarının oyunlarına baxış keçirilib.

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Fərdi
Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Fərdi
Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Fərdi
Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Şəkidəki ilk idman festivalından reportaj

Şəkidəki ilk idman festivalından reportaj

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
Cüdo yığmasının baş məşqçisi: "Qələbəni şəhidlərimizə həsr edirik"

Cüdo yığmasının baş məşqçisi: "Qələbəni şəhidlərimizə həsr edirik"

Fərdi
Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib