Konfrans Liqası: "Beşiktaş" - "Neftçi" oyununda birinci hissə başa çatıb - YENİLƏNİB-3

Konfrans Liqası: "Beşiktaş" - "Neftçi" oyununda birinci hissə başa çatıb - YENİLƏNİB-3

İstanbulda “Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

“QELEBE.AZ”un məlumatına görə, “Beşiktaş” stadionunda baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

22:36

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

“QELEBE.AZ”un İstanbula ezam olunmuş müxbirinin məlumatına görə, “Beşiktaş” stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 36-cı dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov olub.

22:00

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

“QELEBE.AZ”un İstanbula ezam olunmuş müxbirinin məlumatına görə, “Beşiktaş” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Qarşılaşmanı avstriyalı hakim Yulian Veynberger idarə edir.

Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda reallaşan ilk matçda “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb.

20:57

Türkiyədə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Beşiktaş" və "Neftçi"nin start heyətləri bəlli olub.

"QELEBE.AZ"un İstanbula ezam olunmuş müxbiri xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Beşiktaş”: 34. Mert Günok (k), 24. Valentin Rosye, 20. Necip Uysal, 12. Daniel Emerti, 77. Umut Meraş, 71. Cin Onana, 83. Gedson Fernandeş, 21. Dəmir Tıknaz, 7. Ante Rebiç, 90. Semih Kılıçsoy, 40. Cekson Muleka

Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 4. Onur Bulut, 8. Salih Uçan, 9. Cenk Tosun, 10. Vensan Abubakar, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 23. Kartal Yılmaz, 26. Artur Masuaku, 99. Emrecan Bulut

Baş məşqçi: Şenol Günəş

"Neftçi": 1. İvan Brkiç, 99. Ervin Koffi, 5. Kenni Sayef, 4. Mark Tamaş, 44. Yuri Matias, 23. Ataa Caber, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 11. Kilan Lebon, 9. Andre Şinyaşiki, 5. Aaron Olanare

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski

Baş məşqçi: Adrian Mutu

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk matçda "Neftçi" 1:3 hesabı ilə məğlub olub.

Futbol
"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

Futbol
"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

Futbol
DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

Futbol
Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

Futbol
Azərbaycan Kuboku: “Qarabağ”la “Qəbələ” məhsuldar heç-heçə edib

Azərbaycan Kuboku: “Qarabağ”la “Qəbələ” məhsuldar heç-heçə edib

Futbol
Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Futbol
Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Futbol
İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

Futbol
Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Futbol
FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

Futbol
DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub