FİDE prezidenti: “Nicat Abasovun yarımfinala qədər irəliləməsi böyük sürpriz oldu”

FİDE prezidenti: “Nicat Abasovun yarımfinala qədər irəliləməsi böyük sürpriz oldu”

“Nicat Abasovun yarımfinala qədər irəliləməsi böyük sürpriz oldu”.

“QELEBE.AZ”un məlumatına görə, bunu FİDE-nin prezidenti Arkadi Dvorkoviç Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala qədər irəliləməsi barədə jurnalistlərə açıqlamasında deyib.

Rusiyalı funksioner Abasovun yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə məğlub olsa da, rəqibinə müqavimət göstərdiyini bildirib: “Nicat ona qarşı yaxşı mübarizə apardı. Fikrimcə, Azərbaycan şahmatı üçün bu, uğurlu nəticədir. Azərbaycan şahmatçısı artıq bir dəfə Dünya Kubokunu qazanıb. Bu, Teymur Rəcəbov idi. Nicat da gözəl mübarizə apardı. İndi də üçüncü yer uğrunda yarışacaq”.

O, Dünya Kubokunun Bakıda keçirilməsindən məmnun olduqlarını söyləyib: “Yüksək rəqabətli turnir keçirilir. Maraqlı, gözlənilməz nəticələr, gözəl mübarizələr oldu. Təcrübəli və gənc şahmatçılar arasında gərgin görüşələr keçirildi. Azarkeşlər üçün də maraqlı yarış keçirilir. Möhtəşəm təşkilatçılığa görə, Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm”.

Dvorkoviç hindistanlı Rameşbabu Praqqnanandxa və norveçli Maqnus Karlsen arasında baş tutacaq finalın maraqlı alınacağını proqnozlaşdırıb: “İstənilən final görüşü maraq doğurur. Budəfəki finalda son illərin ən güclü şahmatçısı Karlsenlə Hindistanın gənc təmsilçisi Praqqnanandxa üz-üzə gələcəklər. Bu dəfə də təcrübə ilə istedad qarşılaşacaq. İstənilən sürprizlə qarşılaşa bilərik. Finalla bağlı proqnoz vermək çətindir. İddiaçılar Turnirində Hindistan şahmatçısının iştirak etməsi onlar üçün maraqlı olacaq”.

FİDE prezidenti Fabiano Karuana ilə Nicat Abasov arasında üçüncü yer uğrunda görüşün də önəm kəsb etdiyini vurğuıayıb: “Maqnus Karlsenin İddiaçılar Turnirində iştirak edib-etməyəcəyi ilə bağlı hansı qərarı verəcəyi hələ məlum deyil. Yəni, heç kimin İddiaçılar Turnirində yeri təmin olunmayıb. Bu üzdən gərgin mübarizələr izləyəcəyik”.

Dvorkoviç sonda Maqnus Karlsenin İddiaçılar Turnirinin formatının dəyişdirilməsi ilə bağlı tələbini də cavablandırıb: “Karlsenin istənilən qərarına hörmətlə yanaşacağıq. Bizim üçün azarkeşlərin marağı hər şeydən önəmlidir. İddiaçılar Turniri ilə bağlı hələlik nəsə demək doğru olmaz. Bir nəfərə görə formatı dəyişə bilmərik”.

Qeyd edək ki, Dünya Kubokunda həlledici görüşlər avqustun 22-24-də keçiriləcək.

Fərdi
Üçqat olimpiya çempionu dopinqə görə yarışlardan kənarlaşdırılıb

Üçqat olimpiya çempionu dopinqə görə yarışlardan kənarlaşdırılıb

Fərdi
Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Fərdi
Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Fərdi
Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Fərdi
Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub

Fərdi
Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı açıqlanıb

Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı açıqlanıb

Fərdi
Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Fərdi
Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib