Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB - 4

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB - 4

Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ukraynalı Danilo Fedorikə qalib gələrək 1/4 finala yüksəlib.

52 kq-dakı qız cüdoçusu Xədicə Qədəşova isə 1/16 finalda Mina Qaciçi üstələyib.

13:50

Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı Xorvatiyada təşkil olunan dünya çempionatında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Tom Bulociniçlə qarşılaşıb.

Görüşü qələbə ilə başa vuran İbadlı 1/8 finalda braziliyalı Antonio Roçaya rəqib olub. O, daha əvvəl paraqvaylı Aqustin Ledesmanı mübarizədən kənarlaşdırmışdı.

13:10

Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev Xorvatiyada təşkil olunan dünya çempionatında qələbə qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Belçikanı təmsil edən Amsar Camaldinovu məğlub edib.

12:53

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında qələbə qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Mişiqtoqo Tsedendamba (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Yusubov növbəti mərhələyə yüksəlib.

12:38

Azərbaycanın iki yeniyetmə cüdoçusu Cəsur İbadlı və Vüsalə Hacıyeva Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıblar.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən İbadlı 1/32 finalda Paraqvay təmsilçisi Aqustin Ledesmaya qalib gəlib.

48 kq-da isə Hacıyeva 1/16 finalda ispaniyalı Klaudia Pla Belmontedən güclü olub.

Qeyd edək ki, bu gün, həmçinin, Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) və Xədicə Qədəşova (52 kq) tatamiyə çıxacaqlar. Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

Fərdi
Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Fərdi
Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Fərdi
Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq daha da genişləndiriləcək

Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq daha da genişləndiriləcək

Fərdi
Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Fərdi
Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Fərdi
Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Fərdi
"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

Fərdi
Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib