Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvan Muxtar Respublikasında badminton idman klubunun yaradılması ilə bağlı tədbir keçirilib.

Azərbaycan Badminton Federasiyasından (ABF) "QELEBE.AZ"a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetidə təşkil olunan yığıncaqda ali təhsil ocağının rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı və ABF-in prezidenti Taleh Ziyadov iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ramil Hacı Naxçıvanda badmintonun inkişafı ilə bağlı görülən işlər barədə məlumat verərək bu sahədə həyata keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb. O bildirib ki, federasiya ilə qurulan sıx əməkdaşlıq əlaqələrinin nəticəsi kimi cari ilin iyun-iyul aylarında burada fiziki tərbiyə müəllimləri üçün Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Dünya Badminton Federasiyasının dəstəyi ilə “Level-1” məşqçilik kursları keçirilib, ilk badminton klubunun yaradılması qərara alınıb.

Taleh Ziyadov isə ölkədə bu idman növünün inkişafından danışaraq, badminton üzrə yaradılan ilk idman klubunun fəaliyyətində uğurlar arzulayıb.

Tədbir zamanı həmçinin “Level-1” məşqçilik kurslarını bitirən fiziki tərbiyə müəllimlərinə Dünya Badminton Federasiyasının sertifikatları təqdim olunub.

Tədbir bitdikdən sonra Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun “Level-1” məşqçilik kurslarını uğurla bitirmiş fiziki tərbiyə müəllimləri və tələbələrlə görüşü keçirilib.

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Fərdi
Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Fərdi
Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

Fərdi
Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib

Fərdi
Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Fərdi
Şəkidəki ilk idman festivalından reportaj

Şəkidəki ilk idman festivalından reportaj

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub