Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

"Demək olar ki, bizim şahmatçılar Avropa çempionatında medal kürsüsünü tutdular".

"QELEBE.AZ"un xəbərinə görə, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) vitse-prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında deyib.

60 yaşlı funksioner Azərbaycanın qadın şahmatçılarının Çexiyanın paytaxtı Praqada keçirilmiş fərdi Avropa çempionatında uğurundan danışarkən Olimpiadadakı nəticəni də vurğulayıb: "Mən Şahmat Olimpiadası və qadınlar arasında fərdi Avropa çempionatını bir-birindən ayıra bilmərəm. Hindistanın Çennay şəhərində keçirilən Olimpiadada çox uğurlu çıxış etdik. Hətta son turadək çempionluq şansımız vardı. Son turun 2 saatı keçəndən sonra elə bilirdik ki, çempionuq. Vaxtından əvvəl sevinmişdik. Olimpiada çox ağır turnir idi".

O bildirib ki, Avropa çempionatında güclü şahmatçılar iştirak edib: "Bu, güclülərin iştirak etdiyi samballı yarış idi. Belə yarışda uğurlu çıxış etməyin qiyməti daha dəyərlidir. Qızlarımızın hər biri yaxşı çıxış etdi. Reytinq xallarını artırdılar. Məsələn, Ləman Hacıyeva öz xalını rekord səviyyədə – 95,6 xal qaldırdı".

O, polşalı Avropa çempionu Monika Soçko ilə görüşdə hər 3 Azərbaycan şahmatçısının qələbəyə yaxın olduğunu bildirib: "Sevindirici haldır ki, biz Avropa çempionatından ilk dəfə medalla qayıdırıq. Gücləndirici fakt odur ki, bu, 2 medaldır. Faktiki demək olar ki, bizim şahmatçılar medal kürsüsünü tutdular. Əlbəttə, birinci yerə çıxmaq şansımız vardı. Həm Günay Məmmədzadə, həm Gülnar Məmmədova, həm də Ülviyyə Fətəliyeva Avropa çempionu olan Monika Soçko ilə görüşdə xeyli üstünlüyə malik idilər. Müəyyən məqamda onların şahmat bəxtləri gətirmədi".

Mahir Məmmədovun sözlərinə görə, qadın şahmat millisinin uğurları hələ qabaqdadır: "Bu başqa cür də ola bilməz. Çünki dövlətimiz tərəfindən qayğı görürlər. Onlar üçün xaricdən güclü mütəxəssislər cəlb olunur və həmin şəxslər Şahmat Federasiyası ilə müqavilə əsasında işləyirlər. Xanım şahmatçılarımız da çox həvəslə öz işlərinə maraq göstərirlər. Ona görə də bir daha bütün şahmatsevərləri təbrik edirik. Qadın şahmatçıların görünməmiş uğuru bizdə gələcəyə nikbin əhval-ruhiyyə yaradır".

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın 7 qadın şahmatçısı mübarizə aparıb. Bunlardan Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.

Fərdi
Azərbaycan paralimpiyaçılarının bu il qatılacaqları mühüm yarışlar açıqlanıb

Azərbaycan paralimpiyaçılarının bu il qatılacaqları mühüm yarışlar açıqlanıb

Fərdi
Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Fərdi
Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Fərdi
Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Fərdi
Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Fərdi
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO