Bakıda çempion olan atıcı: “Narazılıq ediləsi heç bir söz, problem yoxdur”

Bakıda çempion olan atıcı: “Narazılıq ediləsi heç bir söz, problem yoxdur”

“Narazılıq ediləsi heç bir söz, problem yoxdur”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Bakıda təşkil edilən dünya çempionatında qadınlar arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəşaçma növündə qızıl medal qazanan Norveç atleti Katrin Lunda deyib.

Yarışın təşkilatçılığından razı qalan 29 yaşlı atıcı Bakı küləyinin mundiala əyləncə qatdığını bildirib: “Yarışda hər şey yüksək səviyyədə təşkil olunub. Hər şey mükəmməldir. Burada bizə çətinlik yaradan tək məsələ küləkdir. Amma o da yarışa əlavə rəng, əyləncə qatır. Bakının isti havasını çox sevdik. Şəhəri bu dəfə gəzməyə vaxtım olmadı. Amma çimərliyə getməyə fürsət tapa bildim. Bakıya ilk gəlişim deyil. Əvvəlki səfərlərimdə şəhəri çox gəzmişəm”.

K.Lunda 300 metr məsafəyə atəş açmağın çətin olduğunu söyləyib: “Ötən ildən bu yarışa hazırlaşırıq. Bu kateqoriyada 3 mövqe var. Hər dəfə mövqeyimizi dəyişib hədəfə atəş açırıq. Bu, mübarizəni həm maraqlı edir, həm də çətinləşdirir. Norveçdə 200-300 metr məsafəyə atışlar daha populyardır. Minlərlə insan bu növlə məşğul olur. Mən də bu səbəbdən 300 metr məsafəyə atəşaçmanı seçdim. Bu, digər Avropa ölkələrinə də aiddir. Məhz belə məsafəyə atış üçün poliqonlarımız üstünlük təşkil edir. Atıcıların bu növdə uğur qazanmalarının əsas səbəbi budur”.

Qeyd edək ki, Katrin Lunda 581 xal toplayaraq, birinci yeri tutub.

Fərdi
Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Fərdi
Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Fərdi
Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Fərdi
ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

Fərdi
Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Fərdi
Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Fərdi
ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

Fərdi
Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr edib

Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr edib

Fərdi
AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək