Azərbaycan avarçəkəni Fransada Avropa çempionu olub

Azərbaycan təmsilçisi Diana Dımçenko Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, idmançı birnəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman klubu (BAKİ) adından çıxış edib.

Dımçenko hər iki kateqoriyada çıxışda ən yüksək mükafata sahib çıxıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adı altında mübarizədə idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb.

O, 6 km məsafəyə həlledici yürüşdə ən yaxın rəqibi, irlandiyalı Monika Dukarskanı 16 saniyə qabaqlayaraq (30:14.56 - 30:30.28) Azərbaycan bayrağını Fransada qaldırıb.

Bakı Avarçəkmə və Kanoe İdman Klubu adından çıxışlarda da Diana A finalına vəsiqəni təmin edib. Final yürüşündə də finişə hamıdan birinci çatan Dımçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.

Qeyd edək ki, Diana Dımçenko ötən il İspaniyanın San Sebastian şəhərində keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medala sahib olub.

Fərdi
İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

Atıcılıq Federasiyası güllə və stend atıcılığı növləri üzrə yeniyetmələr üçün qəbul elan edib

Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər

Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatının rapid növündə qaliblər bəlli olub

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub

Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib