Böyük Dəbilqə: Balabəy Ağayev bürünc medal qazanıb

Böyük Dəbilqə: Balabəy Ağayev bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə yığmadakı komanda yoldaşı Turan Bayramova qalib gəlib.

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq.

15:36

Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşdə qarşılaşacaqlar.

"QELEBE.AZ"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev ardıcıl olaraq Angelo Pantano (İtaliya), Şerzod Davlatov (Qazaxıstan), Dilşot Xalmatova (Ukrayna) qalib gəlsə də, yarımfinalda Giorgi Sardalaşviliyə (Gürcüstan) uduzub.

Eyni çəkidəki Turan Bayramov Bayurjan Narbayev (Qazaxıstan) və Youssi Samini (Misir) məğlub etsə də, Vey Yanqın (Çin Taypeyi) müqavimətini qıra bilməyib. Bayramov təsəlliverici görüşdə Kumar Vijay Yadava (Hindistan) qalib gələrək üçüncü yer uğrunda qarşılaşmada Ağayevin rəqibi olub.

66 kq-da yarışan Tofiq Məmmədov Oskar Pertelson (Estoniya) və Freddi Vayzeneggerdən (İsveçrə) üstün olsa da, Lenin Preciadoya (Ekvador) yenilərək turnirlə vidalaşıb.

Qadınlardan 48 kq çəkidə yarışan Leyla Əliyeva Rafael Batista (Braziliya) və Melanie Klementi (Fransa) mübarizədən kənarlaşdırsa da, Françeska Milani (İtaliya) ilə bacarmayıb. O, təsəlliverici görüşdə Zonqyinq Guoya (Çin) uduzub.

52 kq çəkidəki təmsilçimiz Gültac Məmmədəliyeva startdaca Tolqanay Abeuovaya (Qazaxıstan) məğlub olub.

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq.

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatına ancaq qələbə üçün gedirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatına ancaq qələbə üçün gedirik"

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Fərdi
AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

Fərdi
Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Fərdi
Beynəlxalq Boks Assosiasiyası: "IOC-un sanksiyaları idmançılara qarşı hücumdur"

Beynəlxalq Boks Assosiasiyası: "IOC-un sanksiyaları idmançılara qarşı hücumdur"

Fərdi
Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Fərdi
ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

Fərdi
Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Fərdi
ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır