Samir Əliyev: “Heç bir rəqibdən çəkinmirik” - MÜSAHİBƏ

Samir Əliyev: “Heç bir rəqibdən çəkinmirik” - MÜSAHİBƏ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sentyabrın 12-də AVRO-2025-in seçmə mərhələsində ilk oyununa çıxacaq.

F qrupunda qərarlaşan yığma Serbiya Futbol Assosiasiyasının mərkəzi stadionunda yerli komandanın qonağı olacaq.

“QELEBE.AZ”un suallarını cavablandıran U-21-in baş məşqçisi Samir Əliyev komandasının hazırkı durumunu və şanslarını dəyərləndirib.

- Artıq iki gündür məşqlərə başlamısınız. Komandanın hazırkı durumu necədir?
- Cəmi bir həftə vaxtımız var. Qısa müddətdən maksimum istifadə edərək, qarşıdakı matça hazırlaşmağa çalışırıq.

- Rəsmi görüşə hazırlaşmaq üçün bir həftə kifayət edəcək?
- UEFA-nın təqvimi belədir. Əlbəttə ki, futbolçuların bizimlə daha çox olmalarını istərdim. Ancaq UEFA-nın öz “pəncərəsi” var. Yaxşı ki, bir oyun olacaq. İki matç keçirsəydik, ümumiyyətlə, vaxt azlığı olardı. Sevindirici hal odur ki, zədəli futbolçumuz yoxdur. 1-2 nəfəri nəzərə almasaq, istədiyimiz bütün oyunçuları dəvət etmişik. Onların hazırlığı eyni səviyyədə olmasa da, balansın pozulmamasına çalışırıq.

- U-21-in oyunçuları klublarında az oyun şansı əldə edirlər. Bu amil problem yaratmayacaq?
- Premyer Liqada oynayanlar da var, klubunda ehtiyatda oturanlar da. Birinci Liqa isə hələ başlamayıb. Problem həmişə olub, bundan sonra da olacaq. Hər dəfə problemlərdən danışıb gileylənmək istəmirəm. Mövcud duruma uyğun maksimum dərəcədə hazırlaşacağıq. Seçmə mərhələyə uğurlu start vermək istəyirik. Düzdür, ağır rəqibə qarşı səfərdə oynayacağıq. Serbiyanın baş məşqçisi yenidir. Heyətlərindəki oyunçular Serbiya çempionatında müntəzəm 90 dəqiqə çıxış edirlər. Bizi çətin oyun gözləyir. Amma heç bir rəqibdən çəkinmirik.

- Komandaya ölkə xaricindən 5 legioner cəlb etmisiniz. Bu say sizi qane edir?
- Azərbaycan reallığına baxanda pis deyil. Legionerlərimiz də Top-5 liqalardan gəlməyiblər. Bu gün Premyer Liqada oynayan futbolçumuz yoxdursa, ölkə xaricindən 5 oyunçunun gəlməsi sevindirici haldır. Ən azı bilirik ki, xaricdə az da olsa, oynayan uşaqlar var.

- Siyahınızda yer alsa da, yığmaya çağıra bilmədiyiniz oyunçular var?
- Razılaşaq ki, Premyer Liqada oynayan futbolçular azdır. Say çox olmalıdır ki, kimi çağıracağını bilməyəsən. Seçim o qədər də geniş deyil. Bir-iki nəfər var. Seçmə mərhələ hələ yeni başlayır, qarşıda xeyli oyunlarımız olacaq. Bir neçə futbolçu var ki, növbəti toplanışa dəvət ala bilərlər.

- Seçmə mərhələyə Serbiya səfərində başlamaq nəticə baxımından riskli deyil?
- Qaçacaq yerimiz yoxdur. 6 komandalı qrupa düşmüşük, reytinqi yüksək olan rəqiblərlə qarşılaşacağıq. İstəsək də, istəməsək də, güclü komandalarla düşəcəyik. Serbiya ilə səfərdə və ya evdə qarşılaşmağın fərqi yoxdur.

- İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə F qrupunda mübarizə aparacaqsınız. Nəyə ümid etmək olar?
- Ümid həmişə var. Baş məşqçi kimi yaxşı nəticələr qazanmağı, çox xal toplamağı, daha yüksək yerlərdə qərarlaşmağı istəyirəm.

Futbol
"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"a qayıda bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"a qayıda bilər

Futbol
Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Futbol
Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Futbol
Klub turnirlərində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb

Klub turnirlərində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb

Futbol
UEFA Emre Belözoğlunu cəzalandırıb

UEFA Emre Belözoğlunu cəzalandırıb

Futbol
The Guardian Dünya Çempionatının favoritlərini açıqlayıb

The Guardian Dünya Çempionatının favoritlərini açıqlayıb

Futbol
Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Futbol
“Qarabağ” Azərbaycan rekordunu yeniləyib

“Qarabağ” Azərbaycan rekordunu yeniləyib

Futbol
UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək

UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib

FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib

Futbol
DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib