"Zirə"nin baş məşqçisi: "Daha yaxşı nəticə qazana biləcəyimizə və xalqımızı sevindirəcəyimizə inanıram" - MÜSAHİBƏ

"Zirə"nin baş məşqçisi: "Daha yaxşı nəticə qazana biləcəyimizə və xalqımızı sevindirəcəyimizə inanıram" - MÜSAHİBƏ

"Zirə" ilk dəfə qatıldığı minifutbol üzrə Çempionlar Liqasında bürünc medal qazanıb.

Komandanın baş məşqçisi Elşad Quliyev Rumıniyanın Oradea şəhərində keçirilən yarışda qazanılan nailiyyətlə bağlı "Report"un suallarını cavablandırıb.

Yığmada da eyni vəzifəni yerinə yetirən mütəxəssis qarşıdakı hədəflərdən də söz açıb.

- "Zirə" ilk dəfə iştirak etdiyi yarışda bürünc medal əldə etdi. Təəssüratlarınız necədir?
- Turnir bizim üçün yaxşı keçdi. Çempionlar Liqasında debüt edirdik və heyətə yeni qoşulan futbolçular var idi. Bu, bir az çətinlik törətdi. Bütün bunlara baxmayaraq, üçüncü yeri tuta bildik. Bizim üçün xoş oldu.

- Yarımfinalda Monteneqronun "Sabornoq Xrama" klubuna məğlubiyyəti nə ilə əlaqələndirirsiniz?
- Əsas məsələlərdən biri yeni oyunçuların qoşulmasıdır. Onlar komanda ilə birlikdə çox işləməmişdilər. Həm də təcrübəmiz çatmadı. Futbolçuların əksəriyyəti beynəlxalq oyunlarda meydana çıxmamışdılar. Avropa çempionlarımız da var, onlar təcrübəyə malikdirlər. Amma digərlərində bir az təcrübəsizlik oldu və buna görə finala gedən yolda uduzduq.

- Təşkilatçılıq və digər məsələlər baxımından yarışın səviyyəsi necə idi? May ayında Bakıda təşkil olunan turnirlə müqayisə etmək olarmı?
- Bizdəki yarış çox gözəl təşkil olunmuşdu. Çempionlar Liqası da pis deyildi. Demək olar ki, həm komandaların səviyyəsi, həm də təşkilatçılıq yüksək səviyyədə idi. Yeganə mənfi cəhət günə iki matçın salınması idi. Bu, bizə bir az ağır gəldi.

- Bir gündə iki görüşün keçirilməsi nə ilə əlaqədar idi?
- Bizim rəhbərlik bu məsələni orada qaldırmışdı. Yəqin ki, bunu gələcəkdə nəzərə alacaqlar. Bunlar bəhanə deyil, bütün komandalar üçün şərt eyni idi. Amma istər-istəməz təsir edirdi.

- Qrup mərhələsinə yaxşı başlaya bilmədiniz və ardıcıl iki oyunda məğlub oldunuz. Bundan sonra futbolçuları növbəti matçlara necə köklədiniz?
- Komandanın bu turnirdə ilk ili idi. Ona görə bir az problemlərlə başladıq. İstədiyimiz oyunu sargiləyə bilmədik. Sonra futbolçularla söhbətimiz oldu. Narahatlığa heç bir əsas olmadığını və necə oynamalı olduqlarını söylədik. Beləliklə, bir az özlərinə gəldilər. Ölkədən kənarda çıxış etmək, təcrübəsizlik və başqa amillərə görə heç nədən məğlub olurduq.

- "Zirə" olaraq qarşıdakı hədəflər nədir? Çempionlar Liqasının qalibi olmaq mümkündür?
- Oyunçular da gördülər ki, hər şey mümkündür və insanın öz əlindədir. Təcrübəli kollektiv bir az daha yaxşı nəticə qazana bilir. Məncə, gələcəkdə daha yaxşı olacaq. Çünki bizim futbolçular heç bir klubun oyunçularından geri qalmırdılar. Yaxşı kollektivimiz var. Daha yaxşı nəticə qazana biləcəyimizə və xalqımızı sevindirəcəyimizə inanıram.

- Millinin də baş məşqçisisiniz. Komandanın qarşıdakı hədəfləri nədir?
- Sentyabrın 23-də Antalyada təlim-məşq toplanışına başlayacağıq. Hazırlıq prosesi iki həftə davam edəcək. Ondan sonra oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində dünya çempionatı start götürəcək. Hədəfimiz orada yaxşı nəticə göstərməkdir.

- Avropa çempionu kimi mundiala qatılacaqsınız. Bu uğuru təkrarlamaq olarmı?
- Hər şey ola bilər və bütün bunlar öz əlimizdədir. Daha yaxşı oyun sərgiləmək niyyətindəyik. Milli komandamız yaxşı futbolçulardan ibarətdir. Daha yaxşı hazırlaşmağa çalışacağıq. Müsbət nəticəyə ümid edirik.

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Futbol
Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Futbol
Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Futbol
Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Futbol
Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Futbol
Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Futbol
Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Futbol
La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

Futbol
"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

Futbol
"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

Futbol
İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

Futbol
Argentina yığması yoldaşlıq görüşündə BƏƏ millisini darmadağın edib

Argentina yığması yoldaşlıq görüşündə BƏƏ millisini darmadağın edib