Azərbaycan futzal millisinin baş məşqçisi: “Qrupda şanslarımız yarı-yarıyadır”

Azərbaycan futzal millisinin baş məşqçisi: “Qrupda şanslarımız yarı-yarıyadır”

“Qrupda şanslarımız yarı-yarıyadır”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit mərhələsindəki şanslarını dəyərləndirərkən jurnalistlərə açıqlamasında deyib.

Gənc mütəxəssis heyətlə bağlı ciddi problem yaşamadıqlarını bildirib: “Məşq posesi yaxşı keçir. Xaricdə çıxış edən legionerlər iki gün əvvəl kollektivə qoşulublar. Yalnız 1-2 nəfərdə xırda problemlər var. Ancaq oyuna kimi onlar da hazır olacaqlar. Bu gün axşam səfərə çıxacağıq. Vətənə uğurlu nəticə ilə qayıtmaq fikrindəyik”.

O, A qrupundakı ilk rəqibləri olan Rumıniyanı ətraflı təhlil etdiklərini söyləyib: “Rəqibləri təhlil etmişik. Rumıniyanın son dörd matçını izləmişik. Taktikalarına nəzər yetirdik, fikirlərimizi uşaqlara çatdırdıq. Onların necə müdafiə olunduqları, pressinq etdikləri barədə hazırlanan videoları ora çatanda göstərəcəyik. İkinci rəqibimiz Niderland yığmasına isə ətraflı baxmamışıq. Müəyyən məlumatlarımız var. Məşqçilərini yaxşı tanıyırıq, onunla bir yerdə işləmişik, Rusiyada məşqçim olub”.

V.Borisov millinin “sükanı arxasında" uğurlu debüt etmək arzusunda olduğunu vurğulayıb: “Millidəki debütümün uğurlu olmasını istəyirəm. İlk görüşdə də yaxşı nəticə qazanmaq niyyətindəyik. Komandada əhvali-ruhiyyə yüksək səviyyədədir”.

Qeyd edək ki, sentyabrın 15-də Rumıniyanın qonağı olacaq Azərbaycan millisi beş gün sonra Bakıda Niderland yığmasını qəbul edəcək.

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

Futbol
“Sabah”ın baş məşqçisi: "Parlaq oyunun şahidi olduq"

“Sabah”ın baş məşqçisi: "Parlaq oyunun şahidi olduq"

Futbol
"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

Futbol
“Sevilya” baş məşqçisini istefaya göndərib

“Sevilya” baş məşqçisini istefaya göndərib

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Futbol
Mançester derbisində 9 qol vurulub

Mançester derbisində 9 qol vurulub

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

Futbol
Məşhur futbolçunun qardaşı həbs edilib

Məşhur futbolçunun qardaşı həbs edilib

Futbol
Azərbaycan Premyer Liqası: Ev oyunlarına ən çox tamaşaçı toplayan komandalar - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Ev oyunlarına ən çox tamaşaçı toplayan komandalar - ARAŞDIRMA

Futbol
Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Futbol
AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib