"Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Qəbələ" Bakıda "Səbail"in qonağı olacaq. "ASCO Arena"dakı görüş "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatb.
Oyunda bütün qollar ikinci hissədə vurulub. 44-cü dəqiqədə meydan sahiblərindən Qustavo de Fransa ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. 54-cü dəqiqədə qonaqlardan İsnik Alimi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 7 dəqiqə sonra isə Ağabala Ramazanov penaltidən tarazlığı bərpa edib. Son nöqtəni isə 90-cı dəqiqədə Ülvi İsgəndərov qoyub.
Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Qəbələ" 4-cü pillədəki yerini qoruyub. 5 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.
Qeyd edək ki, turun "Turan Tovuz" - "Zirə", "Qarabağ" - "Neftçi" oyunları oktyabrın 1-də, "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları isə bir gün sonra keçiriləcək.

https://qalaba.az//uploads/photo/qebele-son-deqiqe-qolu-ile-sebaile-qalib-gelib.webp











