Azərbaycanın U-21 millisi məğlub olub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Serbiyanın qonağı olub.
Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan komandasının heyətində Süleyman Damadayev 89-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

https://qalaba.az//uploads/photo/azerbaycanin-u-21-millisi-meglub-olub.webp











