Olimpiadaya ilk lisenziya əldə edən güləşçimiz: "Finaldakı rəqibimlə bir-birimiz üçün sürprizik"

Olimpiadaya ilk lisenziya əldə edən güləşçimiz: "Finaldakı rəqibimlə bir-birimiz üçün sürprizik"

Belqradda keçirilən dünya çempionatında Olimpiadaya ilk lisenziya əldə edən güləşçimiz Maqomedxan Maqomedov olub. Serbiya, Türkiyə, Almaniya və Gürcüstan güləşçilərinə qalib gələrək finala yüksələn yığma üzvü 97 kq-da ölkəmizə olimpiya lisenziyası qazandırıb.

"QELEBE.AZ" xəbər verir ki, M.Maqomedov bununla bağlı təəssüratlarını bölüşüb:

“Neçə ildi məşqlər edirdik, hazırlaşırdıq. Bu yerdə olmağıma görə atama təşəkkür edirəm. Azərbaycana, federasiya rəhbərliyinə, məşqçilər heyətinə minnətdarlığımı bildirirəm. Bu gün Allah bizim tərəfimizdə idi. Daha öncə Gürcüstan güləşçisinə 2 dəfə məğlub olmuşdum. Burada revanş aldım. Finaldakı rəqibim haqqında onu deyə bilərəm ki, hər ikimiz bir-birimiz üçün sürprizik. İndiyədək heç vaxt qarşılaşmamışıq. Çox gənc və yaxşı güləşçidir. Kayl Snayderə tam üstünlüklə qalib gəldi. Abdulrəşidi məğlub etdi. Ancaq Sadullayevin zədəsi var idi. Yaxşı formada deyildi. Açığı, finalda Abdulrəşidlə qarşılaşmaq istərdim. Daha öncə dəfələrlə turnirlərdə güləşmişik və ona uduzmuşam. Ancaq bu dəfə onunla qarşılaşmaq qismət olmadı. Bütün normal və özünə hörmət edən idmançıların arzusu olimpiya çempionu olmaqdır. Biz də buna çalışacağıq.
Hədəfimiz əvvəlcə Avropa çempionatında, daha sonra isə Olimpiadada uğur qazanmaqdır”.

Qeyd edək ki, Maqomedxan finalda Bəhreyn təmsilçisi Axmed Tajudinovla qarşılaşacaq.

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Fərdi
Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək

"Formula 1": Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək

Fərdi
Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Fərdi
Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində debüt döyüşünə çıxacaq

UFC: Nəriman Abbasov iddiaçılar turnirində debüt döyüşünə çıxacaq

Fərdi
Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub