"Araz-Naxçıvan"ın qapıçısı: "Neftçi" ilə oyunda təşvişə düşmədik"

"Araz-Naxçıvan"ın qapıçısı: "Neftçi" ilə oyunda təşvişə düşmədik"

"Muhammed Kadiri oyun epizodu zamanı ikinci sarı-qırmızı vərəqə aldı. Komandaya çox kömək etdi. O, meydandan çıxdıqdan sonra panikaya düşmədik, əksinə, daha diqqətli olduq".

"Report"un məlumatına görə, bu fikirləri "Araz-Naxçıvan"ın qapıçısı Avram Kristian "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI turunun oyunu ilə bağlı klubun rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı qolkiper rəqibin iddialı kollektiv olduğunu və çempionluq uğrunda mübarizə apardığını bildirib: "Heyətlərində çoxsaylı futbolçular var. Biz bütün matçlara qələbə üçün çıxırıq. Baş məşqçimiz bunu tələb edir. Hansısa görüşə çıxanda deməyib ki, heç-heçə məni qane edir. Çox ambisiyalıdır. “Neftçi” ilə qarşılaşmaya da yaxşı hazırlaşmışdıq. Bəhrəsini də gördük. Mübarizə apardıq, məşqçi heyətinin tapşırıqlarını yerinə yetirdik, buna görə də 3 xal qazandıq.

Moldovalı oyunçu VII turda üz-üzə gələcəkləri "Səbail"lə görüş haqqında danışıb: "İki günlük istirahətdən sonra məşqlərimizi bərpa etdik. Lazım olan informasiyanı baş məşqçimiz verəcək. Diqqətli olmalı, yaxşı hazırlaşmalıyıq. Yenə deyirəm, rəqibin kimliyindən asılı olmayaraq, bizdən qələbə tələb olunur. Futbol kollektiv oyundur. Konkret hansısa futbolçuya diqqət yetirmək, ancaq onu zərərsizləşdirməyə fokuslanmaq düzgün deyil. Komanda olaraq meydanda məqsədimizə nail olmaq üçün hər şeyi edəcəyik. Məşqçilərin verəcəyi informasiya da vacibdir".

Avram Kristian Azərbaycan Premyer Liqası barədə fikirlərini də bölüşüb: "Matçlar da, nəticələr də maraqlıdır. Əksər komandalar yüksək yerlərə iddialıdır. Hər kəs mübarizə aparır. Zəif rəqib yoxdur. Əlbəttə, bu Azərbaycan futbolu üçün vacib amildir. Çempionat yeni başlayıb. Heç birinci dövrə başa çatmayıb. Qış fasiləsində çox dəyişikliklər ola bilər. İndidən kimsə deyə bilməz ki, mövsümü bu pillədə başa vuracam. Onu mayda biləcəyik. Ancaq hazırkı mövqeyimizi yaxşılaşdırmaq imkanımız var. Təsəvvür edin, 4 komandanın hesabında eyni xal var".

Futbol
"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

Futbol
Hacı Hacıyev: "Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram"

Hacı Hacıyev: "Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram"

Futbol
Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

Futbol
"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

Futbol
Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”

Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”

Futbol
Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Futbol
Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Futbol
UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

Futbol
Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

Futbol
“Flamenqo” üçüncü dəfə “Libertadores” kubokunu qazanıb

“Flamenqo” üçüncü dəfə “Libertadores” kubokunu qazanıb