"Fənərbaxça" turu itkisiz başa vurdu – Xal fərqi 8-ə endi

"Fənərbaxça" turu itkisiz başa vurdu – Xal fərqi 8-ə endi

Türkiyə Super Liqasında "Fənərbaxça" növbəti oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi "Ərzurumspor"la qarşılaşıb.

Görüş "sarı-lacivərdlilər"in 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Fənərbaxça"nın heyətində Oğuz Aydın, Milan Şkriniar və Meyson Qrinvud fərqləniblər.

13 oyundan sonra 23 xal toplayan "Fənərbaxça" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

İstanbul klubu lider "Qalatasaray"la arasındakı xal fərqini 8-ə endirib.