“Heydər Əliyev İli” çərçivəsində ‘“Hədəf 12” atıcılıq turniri keçirilib

“Heydər Əliyev İli” çərçivəsində ‘“Hədəf 12” atıcılıq turniri keçirilib

Bakı Atıcılıq Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş gənclər arasında “Hədəf 12” atıcılıq turniri keçirilib.

"Report" xəbər verir ki, turnir “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub.

Gənclər tərəfindən böyük maraqla qarşılanan, artıq ikinci ildir ki, həyata keçirilən turnirin təşkilində əsas məqsəd hərbi-vətənpərvərlik hissinin aşılanması, bu idman növünə marağın artırılması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.

Bu il turnirə 300-dən çox gənc müraciət edib. Müraciəti müsbət dəyərləndirilmiş 100 nəfər gənc komandalar şəklində turnirə qatılaraq qalibiyyət uğrunda mübarizə aparıb.

Turnirdən öncə gənclər peşəkar təlimçilər tərəfindən silahla davranış qaydaları, silahdan təhlükəsiz istifadə, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə atış, dəqiq nişanalma və digər təməl bacarıqlar haqqında ətraflı məlumat əldə ediblər. Gənc qazilər turnirin formatına uyğun olaraq komanda kapitanı və təlimatçı kimi yarışa qatılıblar. 15 komandanın iştirak etdiyi 3 mərhələdən ibarət turnirdə ən çox hədəfi vuran “Zəfər” komandası qalib elan olunub, “Murov” və “Canavarlar” müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Həmçinin ən yüksək nəticə ilə turnirin “Sərrast atıcı”sı müəyyənləşib.

Mükafatlandırma mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və təşkilatın idarə heyətinin üzvü, Aprel döyüşlərinin qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev qalibləri kubok, medal və sertifikatlarla təltif edib, onlara hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Heydər Əliyev İli” çərçivəsində gənclərdə maraq doğuran müxtəlif fəaliyyətlər – intellektual oyunlar, görüşlər, turnirlər və ekskursiyalar davamlı olaraq təşkil olunur. Bu kimi fəaliyyətlərin ilin sonuna kimi davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Fərdi
MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

Fərdi
"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

Fərdi
Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Fərdi
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Fərdi
Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Fərdi
Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Fərdi
Hidayət Heydərov: "Dünya çempionatına qızıl medal üçün gəlmişdim"

Hidayət Heydərov: "Dünya çempionatına qızıl medal üçün gəlmişdim"

Fərdi
Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Fərdi
Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu vəfat edib

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib