"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

"Ümumi götürdükdə, ciddi sürpriz olmadı".

"QELEBE.AZ"un məlumatına görə, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio Da Silva 5-ci qrupdakı rəqibləri barədə danışarkən deyib.

Braziliyalı mütəxəssis Bosniya və Herseqovinanın “Mostar”, İsveçin “Orebro” və Serbiyanın “Loznika Qrad” komandaları ilə mübarizədə növbəti mərhələyə vəsiqə qazanmaq niyyətində olduqlarını bildirib: "Düzdür, F qrupundan Gürcüstan çempionunun vəsiqə qazanacağını düşünürdük, amma İsveç çempionu rəqibimiz oldu. Onlar da güclü komandadır, heyətlərində 4 braziliyalı futzalçı yer alıb. Serbiya təmsilçisinin vəsiqə qazanacağını proqnozlaşdırmışdıq. Hər zaman deyirəm ki, zəif rəqib, asan oyun olmur. Bütün komandalar iddialıdır, özləri üçün maksimumu hədəfləyirlər.

Da Silva rəqiblər barədə də məlumat verib: "Rəqiblərimizdən “Loznika Qrad”ın oyununu izləmişəm. Onlar “Minerva” ilə görüşdə üstünlük qazandılar. Hansı ki, İsveçrə çempionunun heyətində 7 portuqaliyalı, 2 braziliyalı legioner yer alırdı. Təcrübəli serblər onları də məğlub etməklə itkisiz qrup qalibi oldular. “Orebro”nun da yer aldığı F qrupunun da bəzi görüşlərini izlədim. “Mostar” isə illərdir Çempionlar Liqasında iştirak edir, təcrübəli, oturuşmuş komandadır. Yenə deyirəm, heç bir görüşümüz asan olmayacaq. Onu da deyim ki, ilkin mərhələdə oynayan komandalar hazırkı məqamda daha hazırlıqlıdırlar. Çünki onlar rəsmi matçlarda iştirak ediblər".

Baş məşqçinin sözlərinə görə, “Araz-Naxçıvan” avqustun 10-dan məşqlərə başlayıb. Üç həftə ərzində daha çox fiziki hazırlığa yer ayıran komanda hazırda taktiki planda çalışırıq. O, demək olar ki, yeni komanda qurduqlarını söyləyib: "Əvvəlki heyətimizdə yer alan əsas oyunçularımızdan Ramiz Çovdarovla Rövşən Hüseynli qalıb, qalan futzalçılarımız yeni dəvət olunanlardır. Fərqli "Araz-Naxçıvan" görəcəksiniz. Fiziki hazırlıq üzrə məşqçimiz də bizə çox kömək edir. O, həm də qapıçılarla işləyir. Bilirik ki, yer aldığımız qrupdan ancaq bir komanda elit-raunda vəsiqə qazanır. Ona görə ciddi hazırlaşırıq, məsuliyyətimizi anlayırıq. Rəhbərlik komandanın qarşısına növbəti mərhələyə vəsiqə tapşırığı qoyulub”.

Futbol
"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

Futbol
“Real” 16 yaşlı braziliyalı alır

“Real” 16 yaşlı braziliyalı alır

Futbol
Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Futbol
Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Futbol
"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

Futbol
Elvin Bədəlov: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ıdır, onlara “yox” deyə bilməzdim” - MÜSAHİBƏ

Elvin Bədəlov: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ıdır, onlara “yox” deyə bilməzdim” - MÜSAHİBƏ

Futbol
Frank Riberi karyerasını başa vurub

Frank Riberi karyerasını başa vurub

Futbol
Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Futbol
"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

Futbol
"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"