Qurban Qurbanov: “Molde”ni səhvə məcbur etmək üçün maksimum çalışmalıyıq”

Qurban Qurbanov: “Molde”ni səhvə məcbur etmək üçün maksimum çalışmalıyıq”

“Molde”ni səhvə məcbur etmək üçün maksimum çalışmalıyıq”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveçin “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib: “Çox ciddi rəqibə qarşı oynayacağıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq. “Molde” son vaxtlar meydanda ən intizamlı oyun göstərən rəqiblərimizdən biridir. Boşluq verməyi xoşlamırlar. Üç il əvvəl qarşılaşdığımız “Molde” ilə indiki arasında mütləq fərq var. Futbolçuları indi daha inamlıdırlar”.

O, azarkeşləri uğurlu nəticə ilə sevindirmək istədiklərini söyləyib: “Əvvəl məqsədimiz qrupa düşmək idi, bunu bacardıq. Azarkeşlərimizin uğur tələb etmələri bizə həmişə motivasiya verib. Ancaq nə qədər istəkli olsaq da, bir o qədər soyuqqanlı davranmalıyıq. Sabah da bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı nəticə əldə etmək istəyirik”.

Baş məşqçi zədəli müdafiəçi Bəhlul Mustafazadənin durumuna aydınlıq gətirib: “Bəhlulun durumu ilə bağlı yəqin ki, oyuna kimi məlumat verilməyəcək. Hələ ağrıları var. Dünəndən bu günə qədər fərq hiss olunur. Ancaq bugünkü durumu bizi qane etmir”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Futbol
Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”

Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”

Futbol
"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

Futbol
"Qarabağ" Avropada xal itirməyən üç komandadan biridir

"Qarabağ" Avropada xal itirməyən üç komandadan biridir

Futbol
Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun əməliyyat olunacağı tarix açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun əməliyyat olunacağı tarix açıqlanıb

Futbol
Rahim Sterlinqin Londondakı evi qarət edilib

Rahim Sterlinqin Londondakı evi qarət edilib

Futbol
Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Futbol
AFFA İntizam Komitəsi klubları cəzalandırıb

AFFA İntizam Komitəsi klubları cəzalandırıb

Futbol
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Futbol
Macarıstan klubunun baş məşqçisi: “Neftçi”yə qarşı mükəmməl keyfiyyətdə oyun olacaq”

Macarıstan klubunun baş məşqçisi: “Neftçi”yə qarşı mükəmməl keyfiyyətdə oyun olacaq”

Futbol
Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Futbol
Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib