Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

"Son vaxtlar qazandığımız ən vacib qələbələrdən biri idi. Komandada bir az narahatlıq hiss olunurdu. Futbolçular Yunanıstan səfərindən sonra tam özlərinə gəlməmişdilər".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qəbələdə eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis futbolçularının çox əziyyət çəkdiyini bildirib: "Bəzən istədiklərin alınmayanda gərginlik olur. Yaxşı komandaya qalib gəldik. Azlıqda qalsalar da, sona kimi mübarizə apardılar. “Qəbələ”yə uğurlar arzulayıram".

O, ilk hissədə zədələnən Leandro Andradenin durumuna da toxunub: "Böyük ehtimalla əzələ zədəsidir. Sabah dəqiq məlumat olacaq".

Qurbanov rəqib müdafiəçi İlkin Qırtımovun qırmızı vərəqə aldığı epizodda baş hakimə heç nə demədiyini söyləyib: "Sadəcə, epizoda baxmaq istəyirdim. Daha hakimlərin işinə qarışmayacağam. Referi dedi ki, baxmaq olmaz. Ona görə kənara çəkildim".

Təcrübəli mütəxəssis uzunmüddətli zədədən sonra meydana qayıdan Kevin Medina ilə Maksim Medvedevin yaxşı çıxış etdiklərini vurğulayıb: "Oyun ritmində çatışmazlıq hiss olunurdu. Uzun fasilədən sonra oynamaq çətindir. Amma sona kimi meydanda oyunu idarə edə bildilər. Bu, çox vacib idi. Rəqib azlıqda qalandan sonra daha rahat oldu. Bir neçə günümüz var. Hazırlıq səviyyələrinə görə qərar verəcəyik".

Baş məşqçi Yunanıstan "Olimpiakos"una qarşı Bakıda keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ilə bağlı xüsusi planlarının olmadığını qeyd edib: "Sabahdan hazırlığa başlayacağıq. Oyunumuzu analiz edib, gedişata uyğun addım atmağa çalışacağıq. İstər-istəməz gərginlik var. Gözləntilər və istək çoxdur. Hazırlıqda problem olmayacaq. Sabahdan vaxtımız olacaq ki, futbolçuları optimal formaya qaytaraq. Oyunun gedişatında hansısa detallar əlavə oluna bilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağın üzərində işləməliyik".

Qurbanov Qara Qarayev və Maksim Medvedevin Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Hər ikisi həm də millinin futbolçusudur. Burada qəribə bir şey görmürəm. Yığma haqqında fikir bildirmirəm. Öz aralarında olan müzakirədir. Hərə bir formada fikrini çatdırır. Dünya praktikasında olan şeylərdir. Belə hallar baş verir. Nə olur, onu deyə bilmərəm, fikir bildirmək düşüncəm yoxdur".

O, sonda "Qarabağ"a inanan insanlara təşəkkür edib: "Çalışırıq, işimizi görək, üzərimizə düşən vəzifəni yerinə yetirək. Qarşıda çox oyun var. Çempion olmaq istəyirik. Amma bunu bizdən başqa istəyənlər də var. İndidən nəsə demək olmaz".

Futbol
Tomas Tuxel istefaya göndərilib

Tomas Tuxel istefaya göndərilib

Futbol
“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

Futbol
"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

Futbol
“Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib

“Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib

Futbol
Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Futbol
"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

Futbol
FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

Futbol
Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Futbol
"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"

"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"

Futbol
UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini açıqlayıb

UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini açıqlayıb