Azərbaycan çempionatında 20 illik rekord təkrarlanıb

Azərbaycan çempionatında 20 illik rekord təkrarlanıb

Azərbaycan I Liqasında 20 illik rekord təkrarlanıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Şamaxı” II turda öz meydanında “Araz Saatlı”nı 8:0 hesabı ilə məğlub edərək bunu reallaşdırıb.

Bu, klubun tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı qələbə rekordunun təkrarıdır. Əsası 1997-ci ildə qoyulan, tarixi ərzində “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan indiki “Şamaxı” bunadək bir dəfə 8 top fərqi ilə qalib gəlib.

2003/2004 mövsümündə “Xəzər Universiteti” Bakıda “Kəpəz”i eyni hesabla məğlubiyyətə uğradıb. 2003-cü il iyulun 5-də qeydə alınan nəticə 20 il 2 ay 16 gün, yəni 7383 gündən sonra təkrarlanıb.

Şamaxı şəhər stadionundakı nəticə həm də I liqada son 7 mövsümün ən böyük hesabıdır. 2016/2017 mövsümündən sonra belə fərq ilk dəfə qeydə alınıb.

2016-cı il noyabrın 24-də “Səbail”lə “Bakılı” arasında gerçəkləşən matçda indiki kimi, 8 top fərqi qeydə alınıb – 11:3. Sonuncu dəfə daha böyükhesablı qələbə isə həmin qarşılaşmadan 16 gün əvvələ təsadüf edib. “Zaqatala” öz meydanında “Energetik”i 10:0 hesabı ilə üstələyib.

Futbol
Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Futbol
Messi sentyabrda Birinci Liqada ən yaxşı oyunçusu seçilib

Messi sentyabrda Birinci Liqada ən yaxşı oyunçusu seçilib

Futbol
DÇ-2022: Açılış oyunu üçün start heyətləri bəlli olub

DÇ-2022: Açılış oyunu üçün start heyətləri bəlli olub

Futbol
Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Futbol
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Futbol
Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
“İmişli”yə texniki məğlubiyyət verilib

“İmişli”yə texniki məğlubiyyət verilib

Futbol
"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

Futbol
Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Futbol
“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

“Lion”un futbolçusu vətəndaşlığını dəyişir