Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

"Sabah"a qarşı bizim öz oyun planımız var".

"Report" xəbər verir ki, bunu "Səbail"in futbolçusu Ağabala Ramazanov klubun rəsmi saytına açıqlamasında bildirib.

29 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək lider "Sabah"la oyunun onları qorxutmadığını qeyd edib: “Onlar çempionatın favoritlərindən biri sayılır. Cari mövsümə uğurlu başlayıblar. Amma bu bizi qorxutmur. Son turda “Kəpəz”ə qarşı qazandığımız qələbədən sonra əhvali-ruhiyyəmiz yüksəkdir. Bir qələbəyə ehtiyacımız var idi və onu qazandıqdan sonra var gücümüzlə “Sabah”la oyuna hazırlaşırıq. Bizi ağır səfər matçı gözlədiyini bilirik. Ancaq biz əlimizi-qolumuzu sallayıb rəqibin üzərimizdə rahat oyun qurmasını izləməyəcəyik. Bizim də öz oyun planımız var. Məşqçilərin tapşırıqlarına uyğun olaraq bu duelə hazırlaşırıq. Səfərdən yaxşı nəticə ilə qayıdacağımızı düşünürəm”.

Komandanın kapitanı olan Rahid Əmirquliyev isə ötən tur “Kəpəz”lə oyunda qazandıqları qələbənin onlar üçün yaxşı motivasiya olduğunu bildirib: "Bu qələbəyə ehtiyacımız var idi. Komandada ab-hava daha yaxşıdır. İrəlidə bizi “Sabah”a qarşı vacib oyun gözləyir. Masazır təmsilçisi hazırda yaxşı formadadır. Premyer Liqada çıxdığı 4 görüşün 4-nü də qazanmağı bacarıb. Çempionluğa iddialı komandalardan biridir. Səfərdə oynayacağıq. Buna görə də düşünürəm ki, bizi çətin və maraqlı qarşılaşma gözləyir. Amma bizim də çox yaxşı komandamız var. “Sabah”la oyuna ciddi şəkildə hazırlaşırıq. Səfərdən layiqli nəticə ilə qayıdacağımıza inanıram”.

Qeyd edək ki, "Sabah" – "Səbail" oyunu 4 sentyabrda keçiriləcək. "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma 18:00-da başlayacaq.

Futbol
"Zirə" klubunda yeni məşqçi təyin olunub

"Zirə" klubunda yeni məşqçi təyin olunub

Futbol
“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

Futbol
Uels millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Uels millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Futbol
“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

Futbol
Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Futbol
Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Futbol
Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Futbol
İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər

İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb

Futbol
"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb

Futbol
"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub